• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Ramiz Mehdiyev KARDİNAL DƏYİŞİKLİKLƏRƏ BAŞLAYIR - Bəzi qurumlar LƏĞV EDİLƏCƏK

Ramiz Mehdiyev KARDİNAL DƏYİŞİKLİKLƏRƏ BAŞLAYIR - Bəzi qurumlar LƏĞV EDİLƏCƏK
13.11.2019 11:19
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) artıq qurumların ləğv olunması, bəzi müəssisələrdəki şişirdilmiş ştatların olması, ehtiyac duyulmayan mütəxəssislərin çoxluğu nəzərdən keçiriləcək.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli akademiyada aparılacaq islahatlar barədə danışarkən deyib.
Onun sözlərinə görə, AMEA Prezidenti akademik Ramiz Mehdiyev bu qurumda aparılacaq islahatlarla bağlı öz baxışını Rəyasət Heyətinin yaxın günlərdə keçiriləcək iclasında açıqlayacaq:

"AMEA-da aparılacaq köklü islahatlar barədə akademik Ramiz Mehdiyevin fikirləri var. Onun öz fikirlərini akademiyanın elmi ictimaiyyəti qarşısında açıqlayacağını gözləyirik. Akademik Ramiz Mehdiyev uzun illər daşıdığı yüksək vəzifədə olarkən də AMEA-nın fəaliyyətinə nəzarət edib. O, akademiyada gedən proseslərə dərindən bələddir. İndi də təyin olunduğu gündən akademiyadakı prosesləri araşdırır. Hesab edirəm ki, akademik Ramiz Mehdiyevin AMEA prezidenti təyin olunması Azərbaycan Prezidenti İlham Əliyevin qurumun mövqeyinin möhkəmlənməsi, onun daha da inkişaf etdirilərək yeni mərhələyə çatdırılması istiqamətində atdığı addım kimi mühüm əhəmiyyətə malikdir. Konkret olaraq, Mətbuat və İnformasiya İdarəsinin İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə çevrilməsi şübhəsiz ki, akademiyada aparılacaq struktur islahatları və optimallaşdırma siyasəti ilə əlaqədardır”.
Qeyd edək ki,oktyabrın 23-də akademik Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilib. R.Mehdiyevdən əvvəl bu vəzifəni akademik Akif Əlziadə icra edib.

Xatırladaq ki, AMEA-nın Mətbuat və informasiya idarəsi ləğv olunub və İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi yaradılıb. Filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə yeni müdir təyin olunub. AMEA-da bu vəzifəni daha əvvəl Zülfüqar Fərzəliyev icra edirdi. (trend)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol