• $ 1.7
  • € 1.9612
  • ₽ 0.020928
  • ₺ 0.0403
  • £ 2.23

Vilayət Eyvazov yeni rəisi kollektivə təqdim etdi

Vilayət Eyvazov yeni rəisi kollektivə təqdim etdi
19.11.2019 18:49
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin yeni rəisi, polis polkovniki İslam Hümbətovu bu qurumun şəxsi heyətinə təqdim edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, polis polkovniki İ.Hümbətovu uzun illər daxili işlər orqanlarında müxtəlif rəhbər vəzifələrdə xidmət etmiş təcrübəli polis zabiti kimi xarakterizə edən general-polkovnik Vilayət Eyvazov baş idarənin əməkdaşlarına müasir dövrün tələb və çağırışları kontekstində xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi üçün konkret tapşırıq və tövsiyələrini verib, qarşıda duran yeni vəzifələrdən danışıb.
Nazir insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, bir çox ağır cinayətlərin törədilməsinin əsas səbəblərindən, transmilli mütəşəkkil cinayətkarlığın qlobal xarakter almış ən qorxulu və zərərli növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin əhəmiyyətini qeyd edib, bu mübarizənin dövlət siyasəti olmaqla ölkə Prezidentinin daim nəzarətində olduğunu vurğulayıb.

Daxili İşlər naziri V.Eyvazov baş idarənin struktur qurumları arasında qarşılıqlı əlaqələrin effektiv təşkilini, əməkdaşların peşəkarlığının, tapşırılan sahəyə cavabdehliynin artırılmasını, tələbkarlıq və nəzarətin daha da gücləndirilməsini tələb edib. O, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barədə əməliyyat məlumatlarının əldə edilməsinin, onların ifşa olunması üçün ixtisaslı əməliyyat tədbirləri hazırlanıb həyata keçirilməsinin, bu sahədə xarici dövlətlərin müvafiq qurumları ilə informasiya və təcrübə mübadiləsinin daha səmərəli qurulmasının vacibliyini diqqətə çatdırıb. 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda keçirilən Hərbi parad dünya KİV-ində geniş işıqlandırılıb
Siyasət 10:48
Bakıda keçirilən Hərbi parad dünya KİV-ində geniş işıqlandırılıb
İlham Əliyev Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib
Siyasət 09:00
İlham Əliyev Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib
Bayramov: Sülhməramlıların statusu ilə bağlı Azərbaycanın təklif etdiyi anlayışlar Rusiya tərəfini qane etmədi
Siyasət 22:56
Bayramov: Sülhməramlıların statusu ilə bağlı Azərbaycanın təklif etdiyi anlayışlar Rusiya tərəfini qane etmədi
Qazaxıstan lideri Əliyevi təbrik edib
Siyasət 20:10
Qazaxıstan lideri Əliyevi təbrik edib
Füzulidə Zəfər Gününə həsr olunmuş tədbirlər atəşfəşanlıqla başa çatıb
Siyasət 19:33
Füzulidə Zəfər Gününə həsr olunmuş tədbirlər atəşfəşanlıqla başa çatıb
DTX Zəfər Günü ilə bağlı paylaşım edib
Siyasət 18:56
DTX Zəfər Günü ilə bağlı paylaşım edib
Rəsmilərin Bakı səfəri başa çatıb
Siyasət 18:48
Rəsmilərin Bakı səfəri başa çatıb
Bakıda Ərdoğan və Şahbaz Şərif arasında görüş olub
Siyasət 17:49
Bakıda Ərdoğan və Şahbaz Şərif arasında görüş olub
Azərbaycanın Qarabağdakı qələbəsi ədalətin və inamın zəfəridir - Pakistan baş naziri
Siyasət 14:34
Azərbaycanın Qarabağdakı qələbəsi ədalətin və inamın zəfəridir - Pakistan baş naziri
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol