• $ 1.7
  • € 2.0043
  • ₽ 0.021553
  • ₺ 0.0426
  • £ 2.317

Zaur Cəlilov "LUKOYL-Azərbaycan"ın baş direktoru təyin olunub

Zaur Cəlilov
28.05.2020 22:48

 
Zaur Cəlilov "LUKOYL-Azərbaycan" QSC-nin baş direktoru təyin olunub.
 
Rusiyanın "LUKOİL” şirkətinin məlumatına əsasən, 2019-cu ilin oktyabrın 25-də "LUKOİL-Azərbaycan” QSC-nin yeni baş direktoru təyin olunan Zaur Cəlilov bundan öncə LUKOIL Italia S.r.l. (Roma) şirkətində Kommersiya məsələləri üzrə menecer vəzifəsində işləyib.
 
Zaur Cəlilov yeni vəzifədə Aydar Abdullini əvəz edib. Öz növbəsində Abdullin isə "LUKOİL-Trans" MMC-yə baş mühəndis vəzifəsinə təyinat alıb.
 
Qeyd edilib ki, yeni təyinatlar "LUKOİL” PSC-nin şəxsi heyətin idarə olunması törəmə müəssisə rəhbərlərinin kadrların rotasiyası praktikasına əsasən aparılıb.
 
Yeni baş direktorun təyin olunması "LUKOİL-Azərbaycan” QSC-nin fəaliyyətinin təkmilləşdirilməsinə və şirkətin "LUKOİL” Qrupunun standartlarına tam uyğunlaşdırılmasına hədəflənib.
 
Qeyd edək ki, Zaur Cəlilov Azərbaycan Dövlət Neft Akademiyası və Milan Dövlət Universitetində magistratura üzrə təhsil alıb.

"LUKOIL” Qrupu Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir və hazırda ölkə ərazisində iki törəmə müəssisə ilə təmsil olunur.
 
Şirkət "Şah-Dəniz” və "Cənubi Qafqaz Boru Kəməri” layihələrində 10%-lik paya malikdir. Bundan başqa, şirkət neft məhsullarının pərakəndə satışı bazarında "LUKOİL” brendi altında fəaliyyət göstərir.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
İqtisadiyyat 17:10
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
İqtisadiyyat 16:48
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Siyasət 14:53
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Siyasət 12:21
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!
İqtisadiyyat 10:52
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!

Dünya bazarlarında neft cüzi ucuzlaşıb
İqtisadiyyat 09:22
Dünya bazarlarında neft cüzi ucuzlaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:15
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
İqtisadiyyat 10:34
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
Bakı və Kabil "Lazurit" dəhlizinin genişləndirilməsini müzakirə edib
İqtisadiyyat 10:14
Bakı və Kabil "Lazurit" dəhlizinin genişləndirilməsini müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol