• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

İbrahim Məmmədov müavin vəzifəsindən gedib? - AÇIQLAMA

İbrahim Məmmədov müavin vəzifəsindən gedib? - AÇIQLAMA
21.11.2019 13:56
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Əməkdar jurnalist İbrahim Məmmədov Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri təyin olundu.

Publika.az xəbər verir ki, İbrahim Məmmədov, təyinatdan öncə ARB TV-də sədr müavini vəzifəsini tuturdu. Eyni zamanda analitik verilişin aparıcısı idi.
Bəs təyinatdan sonra onun telekanalla əməkdaşlığı davam edəcəkmi?

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən "ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli, ilk olaraq İbrahim müəllimi təyinatı münasibətilə ARB kollektivi adından təbrik etdi:
"Ona yeni işində uğurlar arzulayırıq. Bu, həmkarımıza göstərilən yüksək etimaddır və əminik ki, İbrahim Məmmədov bu işin öhdəsində də uğurla gələcək. "ARB Media Qrup"dakı fəaliyyətə gəlincə bildirmək istəyirik ki, İbrahim müəllim telekanalımızda işini davam etdirəcək və eyni zamanda analitik verilişin müəllifi kimi efirdə olacaq.

"ARB Media Qrup"da bu cür təcrübə var. Telekanalımız mətbuat xidmətlərində çalışan peşəkar aparıcıların təcrübəsindən bəhrələnir. Hazırda Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat ximətinin rəhbəri Anar Nəcəfli, Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva, Dövlət Məşğulluq Xidmətinin mətbuat xidmətinin rəhbəri Əsmər Nəcməddinqızı, eləcə də İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətinin rəhbəri Yeganə Laçınzadə "ARB TV" və "ARB24"də aparıcı kimi fəaliyyət göstərir. İbrahim Məmmədov da artıq yeni çalışdığı qurumla bununla bağlı razılığa gəlib və biz birgə işimizi davam etdirəcəyik".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Cəmiyyət 12:33
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Laçında yük maşını dərəyə aşıb
Cəmiyyət 10:49
Laçında yük maşını dərəyə aşıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Kürdəmir sakinini qatar vuraraq öldürüb
Cəmiyyət 09:52
Kürdəmir sakinini qatar vuraraq öldürüb
Binəqədidə sexdə yanğın olub
Cəmiyyət 09:29
Binəqədidə sexdə yanğın olub
Binəqədidə sexdə yanğın olub
Cəmiyyət 09:29
Binəqədidə sexdə yanğın olub
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
Cəmiyyət 09:00
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol