• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Təzə tələbələrə güzəştli kartlar veriləcək

Təzə tələbələrə güzəştli kartlar veriləcək
12.08.2014 22:00
Azərbaycan Dillər Universitetində 2014-2015-ci tədris ilində növbəti innovativ tətbiqin həyata keçirilməsi nəzərdə tutulur.Universitetdən ANS PRESS-ə verilən məlumata görə, həmin universitetə yeni daxil olmuş tələbələr üçün kartlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən hazırlanacaq.Bu məqsədlə ADU və Dövlət Agentliyi arasında 21 fevral 2014-cü il tarixində imzalanmış Niyyət protokoluna əsasən mütəmadi tədbirlər görülür. Dövlət Agentliyi tərəfindən hazırlanacaq tələbə kartları çoxfunksionallığı ilə seçiləcək. Həmin kartlara ilk növbədə çip və barkod yerləşdiriləcək ki, bu, tələbənin universitetə giriş və çıxış saatları, universitetdə qalma müddətini təyin etməyə imkan verəcək. Yeni tələbə kartları vasitəsi ilə təqaüdlərin əldə olunması, tələbə yeməkxanalarında yerləşdiriləcək xüsusi aparatlarda ödənişlərin edilməsi rahatlığı, eyni zamanda, müasir imkanlardan istifadə edilməklə innovativ həlləri təmin edəcək.Universitet daxilində və xaricində tələbələr kartların köməkliyi ilə kitabxanalardan endirimli şəkildə yararlana biləcəklər. Gələcəkdə bu sistemin nəqliyyatın intellektual idarəetmə mərkəzinə qoşulması təmin edildikdən sonra tələbələrin bu kartlardan nəqliyyatda da istifadəsi mümkün olacaq. Tələbələr bu kartları yeni dərs ilinin əvvəlindən ödənişsiz əldə edə biləcəklər.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şamaxıda köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib
Cəmiyyət 19:05
Şamaxıda köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib
Gəncədə doqquzmərtəbəli binada yanğın olub
Cəmiyyət 18:18
Gəncədə doqquzmərtəbəli binada yanğın olub
Son günlər kiberdələduzluq halları artıb - DİN
Cəmiyyət 16:26
Son günlər kiberdələduzluq halları artıb - DİN
Nərimanovda binanın fasadı uçub - Video
Cəmiyyət 15:16
Nərimanovda binanın fasadı uçub - Video
Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb
Cəmiyyət 14:59
Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb
Bakıya sulu qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 14:48
Bakıya sulu qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
BDYPİ-dən bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət
Cəmiyyət 13:42
BDYPİ-dən bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:46
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib
Cəmiyyət 12:32
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol