• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Azərbaycanda məktəb direktoru həbs edildi

Azərbaycanda məktəb direktoru həbs edildi
03.12.2019 17:31
Təhsil Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri Oğuz Peşə Məktəbində korrupsiya faktının aşkarlanması ilə bağlı açıqlama yayıb.
Yeniavaz.com xəbər verir ki, açıqlamada deyilir:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan biri kimi, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində mühüm addımlar atılır.
Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Bu çərçivədə Oğuz Peşə Məktəbinin direktorunun qanunsuz hərəkətləri barədə əldə edilmiş əməliyyat məlumatları əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.

Bu tədbirlərlə Oğuz rayonu, Bayan kəndində yerləşən Oğuz Peşə Məktəbinin direktoru Azər Nəcməddinovun məktəbin digər işçiləri vasitəsilə peşə məktəbində təhsil alan şagirdlərin "Kapitalbank" ASC tərəfindən təqdim edilmiş plastik kartlarından istifadə etməklə, 2017-2019-cu illər ərzində onların aylıq təqaüdlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır.

Cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmasını təmin etmək məqsədilə A.Nəcməddinovun, baş usta İmdad İsmayılovun, baş mühasib və digər işçilərin xidməti otaqlarında, yardımçı sahələrdə, o cümlədən A.Nəcməddinovun yaşadığı rayonun Kərimli kəndində yerləşən evində məhkəmə qərarı ilə axtarış aparılmış, peşə məktəbinin şagirdlərinə məxsus 39 ədəd plastik kart, şagirdlər tərəfindən təhsil haqqı kimi ödənildiyi bildirilmiş 600 manat pul və iş üzrə digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülmüşdür.

İstintaq zamanı toplanmış ilkin sübutlarla Azər Nəcməddinovun qeyd edilən qanunsuz hərəkətləri törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş şagirdlərin dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Təhsil Nazirliyi bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşlarına müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbək ekstrasens Azərbaycandan çıxarıldı
Cəmiyyət 22:58
Özbək ekstrasens Azərbaycandan çıxarıldı
Mingəçevirdə evdən qadın meyiti tapılıb
Cəmiyyət 21:50
Mingəçevirdə evdən qadın meyiti tapılıb
Füzulidə mina partlayıb,ölən var
Cəmiyyət 20:41
Füzulidə mina partlayıb,ölən var
Rusiyadan İrana göndərilən humanitar yardım Azərbaycan sərhədindən yola salınıb - Yenilənib
Cəmiyyət 20:37
Rusiyadan İrana göndərilən humanitar yardım Azərbaycan sərhədindən yola salınıb - Yenilənib
Ramazanın iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:30
Ramazanın iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Cəmiyyət 18:10
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Cəmiyyət 17:27
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Beynəlxalq sistemə etimadın azalması multilateralizmin əsas böhranıdır - Espinoza
Cəmiyyət 17:09
Beynəlxalq sistemə etimadın azalması multilateralizmin əsas böhranıdır - Espinoza

İlkin hərbi qeydiyyata alınma qaydasıtəsdiqlənib
Cəmiyyət 16:53
İlkin hərbi qeydiyyata alınma qaydasıtəsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol