• $ 1.7
  • € 1.9849
  • ₽ 0.02178
  • ₺ 0.0423
  • £ 2.2834

Şəmkirdə beş nəfərin öldüyü qəza ilə bağlı ŞOK FAKTLAR

Şəmkirdə beş nəfərin öldüyü qəza ilə bağlı ŞOK FAKTLAR
06.12.2019 20:18
Dekabrın 1-də, gecə saatlarında Şəmkir rayonunda "Mitsubishi Pajero” və "VAZ-21011” markalı avtomobillərin iştirakı ilə faciəvi yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində biri azyaşlı olmaqla, beş nəfər vəfat edib. Aparılan araşdırmalar nəticəsində həmin qəzanın bəzi detalları açıqlanıb.
Anews.az  Avtosfer.az-a istinadən xəbər verir ki, "Mitsubishi” markalı avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Abdıyev Tural Aydın oğlu toydan çıxaraq taksi ilə evinə gedib.
Evə çatdıqdan sonra özünə məxsus avtomobilə əyləşərək siqaret almaq üçün marketə gedib. Sərxoş vəziyyətdə olduğu üçün yolda idarəetməni itirərək, "VAZ-21011” markalı avtomobillə toqquşub və qəza nəticəsində VAZ-da olan sürücü və onun ailə üzvləri ölüb. Qəzanı törədən sürücü barəsində isə cinayət işi açılaraq həbs edilib.
VAZ markalı avtomobildəki sürücü və ailəsi, eləcə də, qəza törədən sərxoş sürücü eyni toy məclisində olublar. Verilən məlumata görə, "VAZ” markalı avtomobilin sürücüsü sərxoş sürücünün yeznəsinin qardaşı, ölənlərdən biri isə elə öz yeznəsidir.
Bu hadisə son günlərin vacib və aktual məsələsini gündəmə gətirib. Belə ki, ilin son aylarında toy mərasimlərinin tez-tez keçirilməsi səbəbindən sərxoş sürücülərin iştirakı ilə baş verən yol qəzalarının sayının artması müşahidə olunur.
Lakin nədənsə sərxoş sürücülərin qəza törətməmiş vaxtında aşkarlanması üçün Dövlət Yol Polisi əməkdaşlarının restoranların, kafelərin, şadlıq saraylarının və digər istirahət obyektlərinin yaxınlığında nəzarəti gücləndirərək reydlər keçirməsi bəzi insanların narazılığına səbəb olur və ictimai qınaq lazımi istiqamətə yönəldilmir.
Yəni bəzi şəxslər sosial şəbəkələrdə qaraguruh salaraq bu təhlükəsizlik tədbirlərini əhalinin incidilməsi kimi qələmə verməklə, bəlkə də, özləri də bilmədən sürücülərin sərxoş vəziyyətdə avtomobil idarə etmələrinə şərait yaratmış olurlar.
Yol polisi isə hesab edir ki, vətəndaşlar da bu məsələyə düşünülmüş şəkildə yanaşmalı, sürücülərin sükan arxasına sərxoş vəziyyətdə əyləşməsinə yol verməməli, bu işdə aktivlik göstərməli, lazım gələrsə sərxoş sürücülər barədə polisə məlumat verməlidir:
"Heç kim istəməz ki, yaxını, tanışı içkili halda maşın sürüb faciə törətsin. Ona görə də, vətəndaşlar özləri bu cür insanları sükan arxasına keçməkdən çəkindirməli, nəyin bahasına olursa olsun həmin şəxslərin avtomobil idarə etməsinə imkan verməməlidirlər. Çünki sərxoş sürücünün ani bir diqqətsizliyi faciəvi hadisəyə yol aça bilir”.
Maraqlısı odur ki, bu qəzanın səbəbkarı olan sürücü sərxoş vəziyyətdə evdən çıxarkən ailə üzvləri tərəfindən ona "dur” deyən olmayıb. Bu cür hallarda sürücünün yaxınları ona sərxoş olduğunu bildirməli və avtomobili idarə etməkdən yayındırmalıdırlar.
Sürücü buna məhəl qoymazsa, dərhal polisə məlumat vermək lazımdır. Qoy polis onu saxlayıb 400-500 manat cərimə etsin, amma yol qəzası törədib kiminsə ailəsinə faciə yaşatmasın. Bizdə bəzən polisə məlumat verən şəxslərin hərəkəti normal qəbul olunmur. Lakin sonu bu cür faciə ilə bitən hadisələrin baş verdiyini görəndə yəqin ki, hər bir kəs, o cümlədən Tural Abdıyevin doğmaları da fikirləşir ki, kaş ki...
Amma bu "kaş ki”lərin vaxtında edilməməsi və sürücünün məsuliyyətsizliyi beş insanın vəfat etməsinə, özünün dəmir barmaqlıqlar arasında cəza, ömrünün sonuna qədər isə vicdan əzabı çəkməsinə gətirib çıxardı”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Laçında yanğın olan ərazidə partlayış baş verib - Yenilənib
Cəmiyyət 00:03
Laçında yanğın olan ərazidə partlayış baş verib - Yenilənib
Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından məhrum edilib
Cəmiyyət 23:10
Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından məhrum edilib
İlqar İsmayılov azadlığa buraxılıb
Cəmiyyət 21:00
İlqar İsmayılov azadlığa buraxılıb
Şahin Şıxlinskinin oğlu həbs olunub
Cəmiyyət 20:33
Şahin Şıxlinskinin oğlu həbs olunub
Sabah Yevlax rayonunun bir hissəsində qaz olmayacaq
Cəmiyyət 18:22
Sabah Yevlax rayonunun bir hissəsində qaz olmayacaq
Ağdaşda 17 yaşlı gənc kanalda batıb
Cəmiyyət 18:11
Ağdaşda 17 yaşlı gənc kanalda batıb
Daha 665 işsiz şəxs peşə hazırlığına cəlb edilib
Cəmiyyət 17:44
Daha 665 işsiz şəxs peşə hazırlığına cəlb edilib
Bakıda kişi arvadını güllələməyə cəhd edib, qadın xəstəxanaya yerləşdirilib
Cəmiyyət 16:57
Bakıda kişi arvadını güllələməyə cəhd edib, qadın xəstəxanaya yerləşdirilib
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
Cəmiyyət 16:24
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol