Nazirdən QƏRAR – Artıq lisenziya tələb olunacaq
"Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda dəyişiklik edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası (sədri Sahil Babayevdir) qərara alıb ki, "Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na əlavə edilsin.
Qərarla "Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın "Giriş” hissəsinin beşinci abzasında "xüsusi razılıq” sözləri "lisenziya” sözü ilə əvəz olunub.
"Əlavə təhsil” dedikdə isə əlavə təhsil proqramları əsasında əlavə təhsil müəssisələrində (universitetlər, institutlar, mərkəzlər və s.), iхtisasartırma və yenidənhazırlanma qurumlarında, peşə-iхtisas təhsili müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə, peşə hazırlığı kurslarında, bu sahə üzrə fəaliyyətinə lisenziya verilmiş digər müəssisələrdə kadrların intellektual, peşə və ixtisas hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi başa düşülür.
Nazirliyin Kollegiyasının 2017-ci il 30 avqust tarixli 12 nömrəli qərarında isə lisenziya sözü yox idi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Siyasət
12:10
İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib