• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Anar Ələkbərov Aslan İsmayılova zəng etdi

Anar Ələkbərov Aslan İsmayılova zəng etdi
10.12.2019 18:25
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov tanınmış hüquqşünas Aslan İsmayılovun quruma müraciətinə reaksiya verib. 
"Yeni Sabah” xəbər verir ki, Aslan İsmayılov Fondun məsul şəxslərinə müraciət edərək hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsinə maddi yardımı dayandırmamağı xahiş edib. 
Bundan sonra Anar Ələkbərov Aslan İsmayılova zəng vurub və onunla bu məsələ barədə danışıb. Aslan İsmayılovun sözlərinə görə, Anar Ələkbərov bildirib ki, Oqtay Gülalıyev qəzaya uğrayandan sonra bu barədə ona məlumat verilib: 
"Bu barədə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya məruzə ediləndən sonra iki saat ərzində Anar Ələkbərovun öz iştirakı ilə Türkiyədə baş-beyin zədələnməsi sahəsində ən tanınmış həkimlərdən biri olan İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatoloq Kadir Doğruer Bakıya dəvət olunur və o, Oqtay Gülalıyevi müayinə edib səhhətinin çox ağır olduğunu deyib onun Türkiyədə İstanbul Avrasiya xəstəxanasına aparılmasını məsləhət bilir. 
Oqtay Gülalıyev İstanbula aparılıb xəstəxanaya yerləşdirilir və lazım olan bütün tədbirlər görülür. Oqtay Gülalıyevin səhhətində əlavə problemlər yaranır. 
Anar Ələkbərov şəxsən bir neçə dəfə Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə xanımla danışır, lazım olan hər tədbirin görüləcəyini deyir və lazım olanlar da edilir. Heç bir ehtiyac olmasa da məhz doğmalarının istəyinə görə Oqtay bəy Amerikan Xəstəxanasına köçürülür. 
Fondun qəbul etdiyi qaydalara görə müalicənin hər 10 günü xəstəxanadan xəstənin durumu barədə arayışlar alınır və ehtiyac olduğu təqdirdə müalicə müddəti uzadılır. Bu qaydada Oqtay Gülalıyevin müalicə müddəti iki dəfə uzadılıb və ödəmələrlə bağlı heç bir problem olmayıb.
Əgər xəstənin səhhətinin bərpa ediləcəyi üçün başqa bir xəstəxanaya köçürülməsinə ehtiyac olardısa, bu da edilərdi, ona görə ki, İstanbul Amerikan xəstəxanasında olan xərclər digər ölkələrin (İsrail, yaxud Avropa ölkələri) xərclərindən fərqlənmir”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbək ekstrasens Azərbaycandan çıxarıldı
Cəmiyyət 22:58
Özbək ekstrasens Azərbaycandan çıxarıldı
Mingəçevirdə evdən qadın meyiti tapılıb
Cəmiyyət 21:50
Mingəçevirdə evdən qadın meyiti tapılıb
Füzulidə mina partlayıb,ölən var
Cəmiyyət 20:41
Füzulidə mina partlayıb,ölən var
Rusiyadan İrana göndərilən humanitar yardım Azərbaycan sərhədindən yola salınıb - Yenilənib
Cəmiyyət 20:37
Rusiyadan İrana göndərilən humanitar yardım Azərbaycan sərhədindən yola salınıb - Yenilənib
Ramazanın iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:30
Ramazanın iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Cəmiyyət 18:10
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Cəmiyyət 17:27
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Beynəlxalq sistemə etimadın azalması multilateralizmin əsas böhranıdır - Espinoza
Cəmiyyət 17:09
Beynəlxalq sistemə etimadın azalması multilateralizmin əsas böhranıdır - Espinoza

İlkin hərbi qeydiyyata alınma qaydasıtəsdiqlənib
Cəmiyyət 16:53
İlkin hərbi qeydiyyata alınma qaydasıtəsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol