• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

Danışılmış oyunda günahlandırılan futbolçu: “Onlardan biri də Sadıqovdur”

Danışılmış oyunda günahlandırılan futbolçu: “Onlardan biri də Sadıqovdur”
13.12.2019 17:41
"Danışılmış oyunlarda heç bir iştirakım olmayıb".

Bunu apasport.az saytına açıqlamasında I Divizion təmsilçisi "Turan Tovuz"un futbolçusu İlkin Sadıqov deyib.

AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən növbədənkənar iclasında danışılmış oyunlarla əlaqədar 28 nəfərə futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub ki, onlardan biri də Sadıqovdur.

Ancaq 22 yaşlı hücumçu ittihamları rədd edib: "Dünən bizi ifadə vermək üçün çağırmışdılar. Hər şey telefonumda var. Bunu orada da göstərdim ki, günahsızam. Niyə belə qərar verdilər, bilmirəm. Neçə oyundur qol da vururdum, məhsuldar ötürmə də verirdim. Heç komanda yoldaşlarımda da bunu hiss etməmişəm. Bu gün Bakıya gəlib, məsələ ilə bağlı görüşlər keçirəcəyəm".

İlkinin atası, ötənlərin tanınmış futbolçusu Nizami Sadıqov isə qərardan şok olduğunu bildirib: "Mən heç nə bilmirdim, anidən verilən qərardır. Komandanın oyunlarına baxmaq üçün stadiona gedirdim. Amma belə bir şeyin yaşanmağı heç ağlıma da gəlməzdi. Sadəcə, qəbuledilməzdir. Oğlumun belə bir hərəkət etdiyinə inana bilmirəm. Yəqin ki, oturub onunla danışacağam"

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən ayrılıb? - AÇIQLAMA
Cəmiyyət 15:46
Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən ayrılıb? - AÇIQLAMA
UEFA-dan “Qarabağ” - “Bayer” matçı ilə bağlı diqqətçəkən paylaşım - Foto
Cəmiyyət 22:21
UEFA-dan “Qarabağ” - “Bayer” matçı ilə bağlı diqqətçəkən paylaşım - Foto
Azərbaycan Voleybol Federasiyasına yeni prezident seçilib
Cəmiyyət 16:22
Azərbaycan Voleybol Federasiyasına yeni prezident seçilib
Bakıda Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş parad keçirilib
Cəmiyyət 18:00
Bakıda Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş parad keçirilib
Azərbaycanın olimpiya çempionu həbs edilib
Cəmiyyət 14:22
Azərbaycanın olimpiya çempionu həbs edilib
Cəmiyyət 23:30
"Neftçi"nin futbolçusu əməliyyat olunub
Futbol hakimlərimiz qəzaya düşdü - Yenilənib + Ölən var
Cəmiyyət 23:50
Futbol hakimlərimiz qəzaya düşdü - Yenilənib + Ölən var
Azərbaycanın tanınmış idman xadimi vəfat etdi
Cəmiyyət 22:30
Azərbaycanın tanınmış idman xadimi vəfat etdi
Yaşar Vahabzadə istefaya göndərildi
Cəmiyyət 13:17
Yaşar Vahabzadə istefaya göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol