• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

İlham Əliyev mühüm FƏRMAN imzaladı

İlham Əliyev mühüm FƏRMAN imzaladı
19.12.2019 17:40
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin, Komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 9 avqust tarixli 444 nömrəli, "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli və "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalalyıb.

Fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 noyabr tarixli 354 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 716 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.12-4 – 8.12-7-ci bəndlər əlavə edilsin:

"8.12-4. "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə fiziki şəxslərə (ekspertlərə) ixtisas attestatı vermək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda attestatın qüvvədəolma müddətini dayandırmaq və ya ona xitam vermək;

8.12-5. informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərin və onların işlədikləri hüquqi şəxslərin (ekspert təşkilatlarının) reyestrinin aparılmasını təmin etmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

8.12-6. "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 14.2-ci maddələrinə uyğun olaraq mətbu nəşrlərin və digər informasiya məhsullarının işarələnmədiyi və yaxud həmin Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə, müstəqil şəkildə bu informasiya məhsullarının ekspertizasını təşkil etmək;

8.12-7. informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspert şurası yaratmaq;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.0.83-1-ci yarımbənd əlavə edilsin:

"3.0.83-1. "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 14.2-ci maddələrinə uyğun olaraq internet informasiya ehtiyatları vasitəsilə yayımlanan kino, televiziya və videofilmlərin (o cümlədən animasiya filmlərinin), kompüter və digər elektron oyunların işarələnmədiyi və yaxud bu Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə, müstəqil şəkildə həmin informasiya məhsullarının ekspertizasını Nazirliyin yanında Elektron Təhlükəsizlik Xidməti vasitəsilə təşkil etmək;”.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.36-1-ci yarımbənd əlavə edilsin:

"3.1.36-1. "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 14.2-ci maddələrinə uyğun olaraq mədəni-kütləvi tədbirin keçirilməsi barədə afişaların və digər elanların, həmçinin belə tədbiri ziyarət etmək hüququ verən biletlərin, dəvətnamələrin və digər sənədlərin işarələnmədiyi və yaxud həmin Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə, müstəqil şəkildə bu informasiya məhsullarının ekspertizasını təşkil etmək;”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev İsveçrə Prezidentini təbrik edib
Siyasət 11:15
İlham Əliyev İsveçrə Prezidentini təbrik edib
Хикмет Гаджиев встретился с послом Украины в Баку
Siyasət 14:39
Хикмет Гаджиев встретился с послом Украины в Баку
Rusiya Ermənistanda ikinci cəbhə aça bilərmi?
Siyasət 10:04
Rusiya Ermənistanda ikinci cəbhə aça bilərmi?
Dörd əcnəbi Azərbaycan sərhədini keçməyə cəhd edərkən saxlanılıb
Siyasət 08:37
Dörd əcnəbi Azərbaycan sərhədini keçməyə cəhd edərkən saxlanılıb
Yerevanda Qalstanyan tərəfdarları saxlanılıb
Siyasət 14:26
Yerevanda Qalstanyan tərəfdarları saxlanılıb
Gürcüstan azərbaycanlılar da daxil olmaqla onlarla əcnəbini ölkədən çıxarıb
Siyasət 14:22
Gürcüstan azərbaycanlılar da daxil olmaqla onlarla əcnəbini ölkədən çıxarıb
İlham Əliyev Mərakeşin Kralını təbrik edib
Siyasət 11:13
İlham Əliyev Mərakeşin Kralını təbrik edib

Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib
Siyasət 10:26
Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib

İsrailin yeni səfiri Azərbaycana gəlib
Siyasət 09:35
İsrailin yeni səfiri Azərbaycana gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol