• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Əgər prezidentlər razılaşmasalar... - “Nezavisimaya qazeta”

Əgər prezidentlər razılaşmasalar... - “Nezavisimaya qazeta”
08.08.2014 12:03
Bu gün Soçidə Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri – İlham Əliyev və Serj Sarkisyanın görüşü baş tutacaq.Bundan başqa, həmçinin Putinin azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrı görüşləri də nəzərdə tutulub. Görüşdən əvvəl Dağlıq Qarabağda təmas xəttində vəziyyətin kəskinləşməsi müşahidə olunub.Münaqişə tərəflərinin rəyinə görə, ötən həftənin sonunda atəşkəs rejiminin pozulması bütün dövr ərzində genişmiqyaslı olub və regionu yeni müharibə astanasında qoyub, Rusiyanın “Nezavisimaya qazeta”sı yazır, Oxu.Az xəbər verir.“Dağlıq Qarabağda vəziyyət gərgin olaraq qalır. Doğrudur, bir həftə bundan öncə artilleriya silahlarının istifadə edildiyi zaman olduğu kimi gərgin olmasa da yenə də vəziyyət mürəkkəb olaraq qalır” – nəşr qeyd edir.Əvvəlki kimi snayperlər susmur, avtomat səsləri səngimir, Azərbaycan və erməni qüvvələri üzərində isə vaxtaşırı hər iki tərəfin aviasiyası görünür.Azərbaycanda Hərbin və sülhün işıqlandırılması institutunun nümayəndəliyinin direktoru Şahin Rzayev, prezidentlərin görüşü qabağı vəziyyəti şərh edərkən “NQ” ilə tərəflər arasında “növbəti razılaşma”nın hazırlanma ehtimalından danışdı.“Cari ilin sonuna və ya gələn ilin əvvəlinə qədər iki dövlətin liderləri arasında irəliləyiş gözləmək olar. Bu irəliləyişin astanasında hər iki tərəf öz mövqeyini möhkəmləndirməyə çalışır”, - Rzayev ehtimal edir.Onun fikrincə, prezidentlərin müzakirəsinə çıxarılacaq sənəd demək olar ki, artıq hazırdır. Məhz bunun üçün hər iki tərəf daha əlverişli mövqe tutmağa çalışır ki, danışıqlar zamanı mümkün qədər az qurban versin.“Əgər mətbuatda çıxan azsaylı  məlumatlara inansaq, Qarabağ ətrafında yerləşən və erməni işğalı altında olan yeddi rayonun artıq beşinin azad edilməsi barədə razılıq əldə edilib. İki rayonun taleyi hələ də həll edilməmiş qalıb”, - Şahin Rzayev.İrəvan Qloballaşdırma Mərkəzinin prezidenti Stepan Qriqoryan bəyan edib:“Ukrayna və Suriya fonunda Qarabağ problemi geosiyasi məna kəsb etmir”.Erməni politoloqu qeyd edib ki, Rusiya Azərbaycana yetərincə müasir hücum məqsədli silah satıb:“Nəzərə alsaq ki, Ermənistan Rusiya ilə KTMT-nin üzvüdür, Rusiyanın bu addımı Ermənistanda müxtəlif suallar doğurur, eyni zamanda da Azərbaycanı ruhlandırır. İkinci vacib məsələ may ayının sonunda İrəvanın Avrasiya İqtisadi İttifaqa daxil olmasına etiraz edildi. Eyni zamanda da məlum oldu ki, Minsk və Astananın Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasına dair tənqidi baxışları var”.Politoloq həmçinin Azərbaycanın Rusiya üçün Avrasiya İqtisadi İttifaqının genişləndirilməsi məsələsində əhəmiyyətli olması amilini nəzərə almağı təklif edir. Erməni politoloqunun fikrincə Moskva Azərbaycan tərəfə güclü təsir etməyəcək, ən azından Azərbaycanın Avrasiya İqtisadi İttifaqı ilə maraqlanacağına ehtimal olana qədər.   Şahin Rzayev İrəvandan olan kolleqası ilə razıdır:“Rəsmi şəkildə bu barədə danışılmır, amma çox güman ki, Moskva Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olmasında maraqlıdır”.Konfliktoloqun şəxsi müşahidələrinə görə Azərbaycan cəmiyyəti üçün bu ittifaqa daxil olmaq qəti mümkünsüz deyil, əgər təbii ki, ölkənin siyasi müstəqilliyinə təhlükə yaranmazsa.“Amma Azərbaycan bu zaman onun milli maraqlarının nəzərə alınacağına ümid edir. Azərbaycanlıların ən böyük arzusu isə ərazi bütövlüyünü bərpa etmək, Dağlıq Qarabağı qaytarmaqdır. Münaqişənin hərbi yolla həll edilməsi nə münaqişə tərəflərini, nə də münaqişənin tənzimlənməsi ilə əlaqəli vasitəçiləri qane etmir”, - Ş.Rzayev “NQ”-yə deyib.Bununla yanaşı, güc tətbiqi ilə münaqişə həllinin heç kəsi qane etmədiyi ilə razılaşan hər iki tərəfdən olan bir sıra ekspertlər hesab edirlər ki, əgər Soçidə münaqişənin həlli istiqamətində heç bir irəliləyiş əldə edilməzsə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində gərginlik qaçınılmazdır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət başçısı Latviyanın keçmiş Prezidentinə başsağlığı verib
Siyasət 15:59
Dövlət başçısı Latviyanın keçmiş Prezidentinə başsağlığı verib
İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib
Siyasət 10:09
İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib
МИД Азербайджана выразил соболезнования Швейцарии в связи с трагедией в Кран-Монтане
Siyasət 18:30
МИД Азербайджана выразил соболезнования Швейцарии в связи с трагедией в Кран-Монтане
Azərbaycan XİN İsveçrəyə başsağlığı verib
Siyasət 17:59
Azərbaycan XİN İsveçrəyə başsağlığı verib
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Siyasət 13:42
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Siyasət 12:00
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Prezident xalqa müraciət edib - Yenilənib
Siyasət 00:00
Prezident xalqa müraciət edib - Yenilənib
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Siyasət 21:02
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Siyasət 16:47
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol