Qonşu ölkədə dilənmək dəbə minir: küçədə bu qədər qazanc olduğunu çoxları gözləmirmiş

"CNN Türk”ün müxbiri Səma Akbulutun sosial eksperiment məqsədi ilə küçədə dilənməsi Türkiyədə çoxlarını həvəsə salıb. Sosial mediada bu yolla pul qazanmaq istədiyini bildirən xeyli istifadəçi olub.
Bizimyol.info xəbər verir ki, türkiyəli jurnalist bir saat dilənərək xeyli pul qazanmışdı. "CNN Türk”ün reportajında 47 lirədən danışılsa da, əslində, Akbulutun 82 lirə (təxminən 25 manat) əldə etdiyi yazılır. Məbləğ sosial şəbəkə istifadəçilərinə xeyli böyük görünüb. Çoxları dilənməyin bu qədər qazanc gətirəcəyinə inanmırmış.
Rəylərdən birində yazılıb: "Atdığınız addımdan sonra dilənçi olmağı düşünürəm”. Buna bənzər başqa fikirlər də çox gözə dəyir. Məsələn, "Səma xanım, məncə, məsləyi buraxıb dilənçi olmaq da var”.
Akbulut isə rəylərə cavabında dilənməyin asan iş olmadığını bildirib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər