• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

“WhatsApp” istifadəçilərinə bəd xəbər – İşləməyəcək – VİDEO

“WhatsApp” istifadəçilərinə bəd xəbər – İşləməyəcək – VİDEO
27.12.2019 16:32
Dünyada bir milyarddan çox insanın istifadə etdiyi ani mesajlaşma sistemi olan "WhatsApp" bəzi telefonlara verdiyi dəstəyini geri çəkir. Söhbət "Windows Mobile" tədbiq sistemi olan ağıllı telefonlardan gedir.

Mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru” proqramında süjet yayımlanıb.

Sakin: "Elə vaxt olur ki, kontur olmur, meqabaytla əlaqə qurmaq istədiyin adamla əlaqə saxlayaraq fikrini çatdıra bilirsən. İndiki dövrdə lazımlı bir şeydir”.
Sakin: "Dostlarımla daha, tez sürətli əlaqəyə keçmək üçün istifadə edirəm”.

Anar İsmayılov – Ekspert: "Əsasən köhnə model telefonlara aid olacaq. "Nokia”nın "S40”, "S60” modelləri. Ayfonlarda "ios7” sistemindən aşağı və 7-yə qədər, 7 də daxil olmaqla. Həmçinin android sistemli telefonlarda isə aşağı modellər bağlanacaq, "WhatsApp” istifadəsi qadağa olunacaq”.

Nurlan Quluzadə – Proqramçı: "Bunun əsas səbəblərindən biri odur ki, həmin modellərdə onların keyfiyyətinin gücünün parametrləri hazırkı proqram təminatlarına tab gətirməməsi və eyni zamanda bir sıra funksionallığı daşımamasıdır. Proqram istehsal şirkətləri bu proqram təminatlarına verdiyi xidmətləri dayandıracaq”.

Bundan sonra "Windows Store"-dan bu proqramı yükləmək mümkün olmayacaq. Ancaq hazırda yüklənmiş olan "WhatsApp" tədbiqindən istifadə etmək mümkün olacaq. "WhatsApp platstore"-dan çıxarıldıqdan sonra yenilənmə dəstəyi də kəsiləcək.

Anar İsmayılov – Ekspert: "Təbii ki, bəzi yollar olacaq ki, mümkün olsun. "WhatsApp+" və yaxud da "GB WhatsApp" proqramları var aplicationlarda. Onlardan istifadə etmək olacaq. Amma onlar da zərərli proqramlardır”.

Nurlan Quluzadə – Proqramçı: "Onların şəxsi məlumatlarının ələ keçməsinə problem yarada bilər. İOS-larda glbreak var. JB deyirlər. Və yaxud androidlərdə RUD var ki, hansı ki, normal əməliyyat sistemini sındırırlar. Bundan sonra proqram təminatını yükləyirlər. Ancaq onların şəxsi məlumatının ələ keçməsidir digər funksionallıqlara "WhatsApp" məsuliyyət daşımır”.

Qeyd edək ki, "WhatsApp" dünyanın ən populyar mesajlaşma tətbiqlərindəndir. Ötən ilin məlumatlarına görə, bir 1.5 milyarddan çox insan messencerdən istifadə edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Etilen-Polietilen və Polimer Zavodlarının qurğuları dayandırılıb
Cəmiyyət 17:16
Etilen-Polietilen və Polimer Zavodlarının qurğuları dayandırılıb
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
Cəmiyyət 15:49
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
Paytaxt küçələri yenidən yuyulub
Cəmiyyət 13:00
Paytaxt küçələri yenidən yuyulub
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 12:10
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Cəmiyyət 10:29
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Cəmiyyət 10:15
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Bakıda avtomobil yanıb
Cəmiyyət 09:25
Bakıda avtomobil yanıb
İsmayıllıda zəlzələ baş verib
Cəmiyyət 08:58
İsmayıllıda zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol