• $ 1.7
  • € 1.9409
  • ₽ 0.021107
  • ₺ 0.0418
  • £ 2.2433

Bakcell və “ASAN Məktub” uşaqlar üçün bayram şənliyi təşkil edib

Bakcell və “ASAN Məktub”  uşaqlar üçün bayram şənliyi təşkil edib
28.12.2019 19:53
Bakcell şirkəti və "ASAN Məktub” leykemiyadan əziyyət çəkən uşaqlar üçün Yeni İl münasibətilə bayram şənliyi təşkil edib. 


"ASAN Məktub” layihəsinin "Bakcell”in tərəfdaşlığı və "Personaj Agency”nin dəstəyi ilə keçirilmiş növbəti təşəbbüsünün məqsədi leykemiyadan əziyyət çəkən 35 uşağa bayram sevincini bəxş etmək idi. B.Eyvazov adına Azərbaycan Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan uşaqlarda bayram əhval-ruhiyyəsi yaratmaq üçün buraya səfər təşkil edilib, balacalara hədiyyələr təqdim olunub. 

"ASAN Könüllüləri” Təşkilatının "ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır. Layihə çərçivəsində uşaqların yazdığı məktublar www.asanmektub.az saytına yerləşdirilir və onların arzu və istəkləri müxtəlif şirkətlər və xeyirxah vətəndaşlar tərəfindən  gerçəyə çevrilir. Bakcell şirkəti layihəyə həmçinin mobil rabitə dəstəyi göstərir.


Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək, onlar üçün bərabər hüquqların, inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edərək minlərlə uşağa dəstək göstərib. "ASAN Məktub” layihəsi ilə uzunmüddətli tərəfdaşlıq Bakcell şirkətinə uşaqları sevindirmək və onların saf arzularını həyata keçirmək üçün daha böyük imkan yaradıb.





















www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Cəmiyyət 14:30
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Respublika Diaqnostika Mərkəzinə yeni mətbuat katibi təyin olundu
Cəmiyyət 14:09
Respublika Diaqnostika Mərkəzinə yeni mətbuat katibi təyin olundu
Sumqayıtda 6 aylıq körpənin ölüm səbəbi açıqlanıb
Cəmiyyət 13:56
Sumqayıtda 6 aylıq körpənin ölüm səbəbi açıqlanıb
Ordubadda yolların əsaslı təmirinə 5,2 milyon manat ayrılıb
Cəmiyyət 13:50
Ordubadda yolların əsaslı təmirinə 5,2 milyon manat ayrılıb
Baş prokuror müavinləri üçün ezamiyyət qaydalarına dəyişiklik edilib
Cəmiyyət 12:29
Baş prokuror müavinləri üçün ezamiyyət qaydalarına dəyişiklik edilib
Elçin Əfəndiyevlə vida mərasimi keçirilir
Cəmiyyət 12:23
Elçin Əfəndiyevlə vida mərasimi keçirilir
Sabah Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq
Cəmiyyət 12:19
Sabah Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq
Qarabağ Universitetinin Nizamnaməsinə dəyişiklik edilib
Cəmiyyət 12:15
Qarabağ Universitetinin Nizamnaməsinə dəyişiklik edilib
BDYPİ piyadalara çağırış edib
Cəmiyyət 11:32
BDYPİ piyadalara çağırış edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol