• $ 1.7
  • € 1.9675
  • ₽ 0.021326
  • ₺ 0.0418
  • £ 2.257

DİQQƏT! Bu gündən milyonlarla telefonda "Whatsapp" işləməyəcək

DİQQƏT! Bu gündən milyonlarla telefonda
31.12.2019 10:14
31 dekabr tarixindən etibarən dünyanın ən məşhur mesajlaşma tətbiqlərindən olan "Whatsapp" milyonlarla telefonda çalışmayacaq.

BAKU.WS xəbər verir ki, bu barədə WhatsApp şirkəti özü məlumat yayıb. Bildirilir ki, "Windows Mobile"a aid olan smartfonlarda "WhatsApp" çalışmayacaq.

Bundan əlavə, "iOS 7" və digər aşağı versiya əməliyyat sistemlərində çalışan "iPhone" modellərində də bu tətbiqi istifadə etmək mümkün olmayacaq.
"Android"də isə 2.3.7 versiyası və digər aşağı versiya əməliyyat sistemləri "WhatsApp"ı dəstəkləməyəcək.

Bu "Android" sistemlər üçün "WhatsApp" dəstəyinin dayandırılması 1 fevral 2020-ci ildə baş verəcək.

Burada bir məqamı qeyd etmək lazımdır. "WhatsApp" dəstəyinin dayandırılması istehlakçıların bu proqramdan istifadə edə bilməyəcəyi anlamına gəlmir.

Yəni, bu tətbiqi yüklədiyiniz köhnə bir cihazınız varsa, göstərilən tarixlərdən sonra "WhatsApp"dan istifadə etməyə davam edə biləcəksiniz. Ancaq bir çox funksiya məhdudlaşdırılacaq.

"WhatsApp" rəsmiləri göstərilən əməliyyat sistemlərində vaxt itirmək əvəzinə daha müasir versiyalar üzərində işləmək istəyirlər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi başlayıb
Cəmiyyət 11:05
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi başlayıb

Ötən ay 20 nəfəri ilan sancıb
Cəmiyyət 10:32
Ötən ay 20 nəfəri ilan sancıb

Bakıda 40 dərəcə isti olub
Cəmiyyət 10:05
Bakıda 40 dərəcə isti olub

Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb
Cəmiyyət 09:43
Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb
Kəlbəcər rayonunda beş Azərbaycan hərbçisi minaya düşərək yaralanıb
Cəmiyyət 08:54
Kəlbəcər rayonunda beş Azərbaycan hərbçisi minaya düşərək yaralanıb
Sumqayıtda yeniyetmə qız hündürlükdən yıxılaraq ölüb
Cəmiyyət 22:51
Sumqayıtda yeniyetmə qız hündürlükdən yıxılaraq ölüb
Kəlbəcərdə 39 yaşlı şəxs minaya düşüb
Cəmiyyət 22:16
Kəlbəcərdə 39 yaşlı şəxs minaya düşüb
DİN və FHN əhaliyə çağırış edib - Video
Cəmiyyət 19:00
DİN və FHN əhaliyə çağırış edib - Video
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 18:30
Bu ərazidə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol