• $ 1.7
  • € 1.9819
  • ₽ 0.021453
  • ₺ 0.0418
  • £ 2.284

Bibiheybət yolunda yalnız şəhər istiqamətində hərəkət bərpa olunub

Bibiheybət yolunda yalnız şəhər istiqamətində hərəkət bərpa olunub
31.12.2019 23:48
Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı öncəsi Bibiheybət yolunda birtərəfli olaraq yalnız şəhər istiqamətində hərəkət bərpa olunub.
Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Müvəqqəti olaraq iki hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün ərazidə "Tikinti norma və standartları”na uyğun olaraq tikinti-bərpa işləri aparılıb, əks-dolğu işləri görülərək torpaq yatağı və yol əsası inşa edilib.

Daha sonra yola üç laydan ibarət asfalt-beton örtüyü döşənib.
Yolda təhlükəsiz hərəkəti təmin etmək üçün hələlik yalnız iki hərəkət zolağı üzrə avtonəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Digər hərəkət zolaqlarının bərpası ərazidə tikinti-bərpa işləri tam yekunlaşdıqdan sonra mümkün olacaq.
Hərəkətin normal təşkili üçün yola üfiqi nişanlanma xətləri çəkilib, zəruri yol nişanları quraşdırılıb, yol kənarına dəmir-beton təhlükəsizlik sədləri düzülüb.
Qeyd edək ki, ərazidə gələcəkdə bu kimi hadisələrin baş verməməsi üçün tikinti-bərpa işləri davam etdirilir, yamacın aşağı bəmorta hissəsində svay əsaslı istinad divarları inşa edilir, yeni drenaj və yağış-kanalizasiya sistemi qurulur.
İşlərin tam olaraq 2020-ci ilin I rübündə yekunlaşdırılması nəzərdə tutulub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şəmkirdə istixana yanıb
Cəmiyyət 23:24
Şəmkirdə istixana yanıb
Ağdamda yanğın başlayıb
Cəmiyyət 23:20
Ağdamda yanğın başlayıb
Tərtərdə it sahibini parçalayıb
Cəmiyyət 20:31
Tərtərdə it sahibini parçalayıb
Ağstafada avtomobil təmir sexinə çırpılıb, xəsarət alanlar var
Cəmiyyət 20:01
Ağstafada avtomobil təmir sexinə çırpılıb, xəsarət alanlar var
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
Cəmiyyət 19:00
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
Abşeron rayonunda evlərdən oğurluqlar edən 3 şəxs saxlanılıb
Cəmiyyət 18:34
Abşeron rayonunda evlərdən oğurluqlar edən 3 şəxs saxlanılıb
Binəqədidə evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 15:47
Binəqədidə evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Ələt-Astara yolunda maşın yanıb
Cəmiyyət 14:00
Ələt-Astara yolunda maşın yanıb
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib, xəsarət alanlar var
Cəmiyyət 13:16
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol