• $ 1.7
  • € 1.9819
  • ₽ 0.021453
  • ₺ 0.0418
  • £ 2.284

Sabit qəbz olmadan onları işə götürənlər altı min manat cərimələnəcək - RƏSMİ

Sabit qəbz olmadan onları işə götürənlər altı min manat cərimələnəcək - RƏSMİ
01.01.2020 14:35
Bu gündən iaşə obyektlərində əmək müqaviləsi və ya sabit qəbz olmadan ofisiant işə götürənləri maliyyə sanksiyaları gözləyir.

"Anews.az" oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat "Vergi Məcəlləsi”nə edilən dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliklər bu gündən etibarən qüvvəyə minir.

Belə ki, şadlıq evlərinin fəaliyyətini təmin etmək məqsədilə iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərlə (ofisiantlarla) əmək müqaviləsi bağlandığı hallar istisna olmaqla, həmin şəxslərin fəaliyyətə başlayanadək "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə işəgötürənə (vergi orqanında uçotda olan sifarişçiyə) hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə 2000 manat, ikinci dəfə yol verildikdə 4000 manat, üç və daha çox hallarda yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Buna əsasən, şəxslərin müvafiq qəbz olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi vergi orqanında uçotda olan sifarişçiyə münasibətdə maliyyə sanksiyasının tətbiqinə əsas yaradır.

Ona görə də iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiantlar) ilə əmək müqaviləsi bağlanmadıqda həmin şəxslər yalnız "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olduğu halda işlərin yerinə yetirilməsinə cəlb edilməlidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Binəqədidə evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 15:47
Binəqədidə evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Ələt-Astara yolunda maşın yanıb
Cəmiyyət 14:00
Ələt-Astara yolunda maşın yanıb
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib, xəsarət alanlar var
Cəmiyyət 13:16
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib, xəsarət alanlar var
Sabahın hava proqnozu
Cəmiyyət 12:45
Sabahın hava proqnozu
Meşədə itkin düşən şəxs tapılıb - Video
Cəmiyyət 12:10
Meşədə itkin düşən şəxs tapılıb - Video
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:40
Faktiki hava açıqlanıb
Göyçayda zəlzələ olub
Cəmiyyət 11:24
Göyçayda zəlzələ olub
Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
Cəmiyyət 11:14
Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
Yevlaxda yol qəzası baş verib, ölən və xəsarət alanlar var
Cəmiyyət 10:40
Yevlaxda yol qəzası baş verib, ölən və xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol