• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Zelenskidən təyyarə qəzası ilə bağlı açıqlama: “Sui-qəsd...”

Zelenskidən təyyarə qəzası ilə bağlı açıqlama: “Sui-qəsd...”
09.01.2020 13:05
Ukrayna Prezidenti Vladimir Zelenski ukraynalılara İranda qəzaya uğrayan təyyarə ilə əlaqədar hərtərəfli və müstəqil araşdırma aparılacağına söz verib.

TASS xəbər verir ki, Zelenski Ukrayna üçün qəzanın səbəblərinin müəyyən edilməsinin prioritet məsələ olduğunu qeyd edib.

Prezident yanvarın 9-da İrana göndərilən ukraynalı mütəxəssislərin qəzanın səbəblərinin araşdırılması ilə bağlı yaradılmış komissiyaya qoşulmasına ümid etdiyini, o cümlədən, ehtiyac olacağı halda komissiyanın tərkibinə digər əlaqədar qurumların mütəxəssislərinin cəlb edilə biləcəyini vurğulayıb.

Zelenski, eyni zamanda, Ukrayna vətəndaşlarını qəzanın səbəblərinin araşdırılması ilə bağlı komissiyanın rəsmi nəticələri açıqlanana qədər fərziyyələrdən çəkinməyə çağırıb.

"Araşdırma komissiyasının heç olmasa ilkin hesabatını gözləmək lazımdır. Ukraynanın informasiya müharibəsində olduğu bir şəraitdə hər kəsdən xahiş edirəm ki, manipulyasiyalardan, fərziyyələrdən, sui-qəsd nəzəriyyələrindən, tələsik qiymətləndirmələrdən və yoxlanılmamış məlumatlardan uzaq dursun”, - prezident bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbək ekstrasens Azərbaycandan çıxarıldı
Cəmiyyət 22:58
Özbək ekstrasens Azərbaycandan çıxarıldı
Mingəçevirdə evdən qadın meyiti tapılıb
Cəmiyyət 21:50
Mingəçevirdə evdən qadın meyiti tapılıb
Füzulidə mina partlayıb,ölən var
Cəmiyyət 20:41
Füzulidə mina partlayıb,ölən var
Rusiyadan İrana göndərilən humanitar yardım Azərbaycan sərhədindən yola salınıb - Yenilənib
Cəmiyyət 20:37
Rusiyadan İrana göndərilən humanitar yardım Azərbaycan sərhədindən yola salınıb - Yenilənib
Ramazanın iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:30
Ramazanın iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Cəmiyyət 18:10
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Cəmiyyət 17:27
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Beynəlxalq sistemə etimadın azalması multilateralizmin əsas böhranıdır - Espinoza
Cəmiyyət 17:09
Beynəlxalq sistemə etimadın azalması multilateralizmin əsas böhranıdır - Espinoza

İlkin hərbi qeydiyyata alınma qaydasıtəsdiqlənib
Cəmiyyət 16:53
İlkin hərbi qeydiyyata alınma qaydasıtəsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol