• $
  • £

Bakıda qadın tapdığı pulqabını qaytarmaq istədi, pulu görüb fikrini dəyişdi - VİDEO

Bakıda qadın tapdığı pulqabını qaytarmaq istədi, pulu görüb fikrini dəyişdi - VİDEO
09.01.2020 23:06
Bakıda qadın gənc oğlanın itirdiyi pulqabını tapıb. O, əvvəlcə sahibini axtarmaq istəsə də, sonradan fikrini dəyişib.

"Qafqazinfo”ya müraciət edən Nəsiman Qasımzadə bildirib ki, dekabrın 24-də Nizami rayonu, "Neftçilər” metrosunun yanında pulqabısını itirib: "Avtobus dayanacağında pulqabım düşüb, bir qadın götürüb. Ətrafdakı insanlar dedilər ki, bir qadın pulqabını götürərək yaxınlıqdakı köşkə verib. Köşkdən dedilər ki, qadın pulqabının içində pulu görəndən sonra onu geri alıb və polisə təqdim edəcəyini bildirib. Lakin polisə bu barədə məlumat verməyib, hətta bank kartlarımdan onlayn ödəniş etmək istəyib. Məndə "3D security” xidməti aktiv olduğu üçün özümə bildiriş gəlib və təsdiqləməmişəm. 24-cü Polis Bölməsinə müraciət etsəm də, hələ də nə qadın, nə də pulqabı tapılıb. Danışdıqlarımın hamısı köşkün kamerasına düşüb”.
N.Qasımzadə əlavə edib ki, pulqabının içində 350 AZN pul, 4 ədəd ona məxsus bank kartı, şəxsiyyət vəsiqəsi və ona məxsus Yeni Azərbaycan Partiyasının üzvlük bileti olub: "Pulqabımı tapan şəxsdən və ya bu barədə məlumatı olanlardan mənim (070) 450-07-07 mobil nömrəmlə əlaqə saxlamaqlarını xahiş edirəm”.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qanunsuz mərc və şans oyunları vətəndaşlar üçün hansı riskləri yaradır?- Video
Cəmiyyət 17:17
Qanunsuz mərc və şans oyunları vətəndaşlar üçün hansı riskləri yaradır?- Video
Hasar arxasında qalan sakinlər “WhiteStone Tower”  tikinti şirkətindən şikayətçidir- VİDEO
Cəmiyyət 22:49
Hasar arxasında qalan sakinlər “WhiteStone Tower” tikinti şirkətindən şikayətçidir- VİDEO
Bakı şəhər icra hakimiyyətinin şöbə müdiri vətəndaşa hücum edib — VİDEO
Cəmiyyət 08:06
Bakı şəhər icra hakimiyyətinin şöbə müdiri vətəndaşa hücum edib — VİDEO
Qəbələdə ağır yol nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb - VİDEO
Cəmiyyət 16:07
Qəbələdə ağır yol nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb - VİDEO
Xankəndidə dərzi işləyən qadın - "Əvvəllər bizə daş atırdılar"/VIDEO
Cəmiyyət 09:00
Xankəndidə dərzi işləyən qadın - "Əvvəllər bizə daş atırdılar"/VIDEO
Laçından ən son görüntülər- VİDEO
Cəmiyyət 19:39
Laçından ən son görüntülər- VİDEO
Azərbaycanda kartof bahalaşıb - Səbəblər
Cəmiyyət 17:45
Azərbaycanda kartof bahalaşıb - Səbəblər
Öləndə orqanlarınızı bağışlayarsınızmı?- SORĞU
Cəmiyyət 11:34
Öləndə orqanlarınızı bağışlayarsınızmı?- SORĞU
Bolşevik adları Bakı küçələrində qalmalıdırmı?”- VİDEOREPORTAJ
Cəmiyyət 10:55
Bolşevik adları Bakı küçələrində qalmalıdırmı?”- VİDEOREPORTAJ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol