PAŞA Bankın aktivləri 9,98 milyard manata çatıb
2026-cı ilin ilk yarısında PAŞA Bankın aktivləri ötən ilin sonu ilə müqayisədə 1,4% artaraq 9,98 mlrd manat təşkil edib.Bu barədə PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev məlumat verib.
Hesabat dövründə bankın kredit portfeli 5% artaraq 4,08 mlrd manata yüksəlib, depozit portfeli isə 2% azalaraq 7,75 mlrd manat olub. Kapital 4,7% artaraq 1,01 mlrd manata çatıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 10,2% artaraq 301,8 mln manat, əməliyyat gəlirləri 1,6% artaraq 225 mln manat, xalis gəlir isə 0,6% artaraq 96,5 mln manat təşkil edib.
Bankın “yaşıl” kredit portfeli 36,8 mln manat olub. Bu vəsaitin 64,1%-i yaşıl nəqliyyat layihələrinə yönəldilib.
Hesabat dövründə PAŞA Bankın IPO prosesi də başa çatıb. Azərbaycanda özəl bank sektorunda ilk IPO üzrə abunəlik səviyyəsi 129% təşkil edib. Ümumi abunəlik məbləği 66,3 mln manat, yerləşdirmə məbləği isə 51,3 mln manat olub. IPO-da 17 960 unikal investor iştirak edib.
Aytac
Son xəbərlər
Daha çox