• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Prezidentin dollarlaşma səviyyəsi barədə sualına dərhal dəqiq cavab verə bilmədilər

Prezidentin dollarlaşma səviyyəsi barədə sualına dərhal dəqiq cavab verə bilmədilər
13.01.2020 23:22
Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

"Marja" xəbər verir ki, müşavirədə müzakirələr aparılıb. Aparılan müzakirələr zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxış edib.

Elman Rüstəmovun çıxışından sonra Prezident əmanətlərdəki dollarlaşma səviyyəsini soruşub. Mərkəzi Bankın sədri Elman Rüstəmov və iclasdakı rəsmilər Prezidentin "Dollarlaşmada ilə vəziyyət necədir?” sualına dərhal dəqiq cavab verə bilməyiblər.

Prezident İlham Əliyev: Dollarlaşma səviyyəsində vəziyyət necədir? Çünki bir neçə ilə əvvəl dollarda qoyulan əmanətlərin həcmi 80%-i ötürdü. İndi hal-hazırda vəziyyət necədir?

Elman Rüstəmov: Cənab Prezident dollarlaşma azalmaqda davam edir. Daha çox əmanətlərdə hiss olunur.

Prezident: Bəli əmanətlərdə.

Elman Rüstəmov: Bilirsiniz əmanətlərdə faiz dərəcələri daha yüksəkdir. Əmanətlərdə dollarlaşama səviyyəsi daha çox - 6%-dənk aşağı düşüb. Kreditlərdə də 3%-dək.


Prezident: Faiz nisbəti nə qədərdir?

Elman Rüstəmov: Bu gün təxminən cənab Prezident....

Prezident İlham Əliyev: 55% Natiq Əmirov?

İclas iştirakçıları: 50-55%

Prezident İlham Əliyev: 55%?

Elman Rüstəmov: Cənab Prezident icazənizlə rəqəmə baxardım (qarşısındakı vərəqlərə baxmağa başlayır).

Natiq Əmirov: 63%-ə düşüb.

Elman Rüstəmov (qarşısındakı vərəqi oxuyaraq): Kreditlərin dollarlaşması 38%-dən 35%-ə, fiziki şəxslərin əmanətlərinin dollarlaşması nisbəti isə 62%-dən 54%-ə düşüb.Təxminən 12% bəndi düşüb
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər


Ötən il Azərbaycanda 5 min tona yaxın bal istehsal olunub
İqtisadiyyat 16:20
Ötən il Azərbaycanda 5 min tona yaxın bal istehsal olunub
ABB-nin dəstəyi ilə II QadınLiderləri Zirvəsi keçirildi
İqtisadiyyat 16:09
ABB-nin dəstəyi ilə II QadınLiderləri Zirvəsi keçirildi
Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib
İqtisadiyyat 15:26
Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib
Azərbaycan iqtisadiyyatı böyüyüb
İqtisadiyyat 13:24
Azərbaycan iqtisadiyyatı böyüyüb
İki ayda qeyri-neft sektoru üzrə ixrac gəlirləri artıb
İqtisadiyyat 11:53
İki ayda qeyri-neft sektoru üzrə ixrac gəlirləri artıb

Sosial ödənişin hamısı sabah ödəniləcək
İqtisadiyyat 11:45
Sosial ödənişin hamısı sabah ödəniləcək
Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur
İqtisadiyyat 10:46
Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur
Yaponiya Yaxın Şərqdəki gərginlik fonunda 80 milyon barel neft ehtiyatını bazara buraxacaq
İqtisadiyyat 09:41
Yaponiya Yaxın Şərqdəki gərginlik fonunda 80 milyon barel neft ehtiyatını bazara buraxacaq

Azərbaycan neftinin qiyməti 95 dolları keçib
İqtisadiyyat 09:40
Azərbaycan neftinin qiyməti 95 dolları keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol