• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

Azərbaycan məşhur marketlər şəbəkəsində 12 ton saxta kərə yağı aşkarlandı

Azərbaycan məşhur marketlər şəbəkəsində 12 ton saxta kərə yağı aşkarlandı
28.05.2020 21:01
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan verilən məlumata görə, Agentliyin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 1C ünvanında yerləşən "Bizim Market" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ticarət şəbəkələrində yoxlama keçiriblər.
Yoxlama zamanı marketlərdə "Belorusskaya Korova" əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyi aşkarlanıb. Araşdırma zamanı yağların ştrix kodunun saxta olduğu müəyyən edilib. Belə ki, ştrix kod "Foodini" MMC tərəfindən ölkəyə idxal olunan "Belaya Korova" əmtəə nişanlı kərə yağına aid olub.
"Belorusskaya Korova" əmtəə nişanlı kərə yağı adı altında satılan yağın markalanmasında istehsalçısının "Luninec" ASC olması qeyd edilib. Belarusun "Luninec" ASC süd zavodu tərəfindən ünvanlanmış məktubda isə həmin şirkətin "Belorusskaya Korova" əmtəə nişanlı yağ istehsal etmədiyi göstərilib.
Məlum olub ki, "Bizim Market" Məhdud Məsuliyyətli Cəmiyyətinə "Belarusskaya Korova" əmtəə nişanlı mənşəyi məlum olmayan kərə yağının sertifikatı kimi "SN Qida Təchizat" MMC tərəfindən təqdim olunan Qida Təhlükəsizliyi sertifikatı ("İdxalçı müəssisənin adı və ünvanı", "göndərən müəssisənin adı və ünvanı", "mənşə ölkəsi", "yüklənmə yeri", "istehsalçının adı və ünvanı bölmələri") saxtalaşdırılıb.
Yağdan götürülən nümunələrin laborator analizi zamanı yağ turşularının kütlə payının nisbəti normativ sənədlərin tələblərinə uyğun olmadığı, sözügedən məhsulun saxtalaşdırıldığı təsdiqini tapıb.

Qanunvericiliyin tələbləri çərçivəsində aşkarlanan faktlar üzrə materiallar hüquqi qiymətin verilməsi məqsədilə prokurorluq orqanlarına göndərilib. "Bizim market" şəbəkələrinin 14 filialından ümumilikdə 12 ton 575 kiloqram məhsulun satışının dayandırılması və qadağan edilməsi barədə qərar qəbul edilib və göstərilən məhsul partiyası dövriyyədən çıxarılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.
 
 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Çinin Tiencin şəhərindən ilk Transxəzər yük qatarı Azərbaycana yola düşüb
İqtisadiyyat 19:49
Çinin Tiencin şəhərindən ilk Transxəzər yük qatarı Azərbaycana yola düşüb
Rusiya qazı Ermənistana Azərbaycan vasitəsilə çatdırılacaq - KİV
İqtisadiyyat 17:43
Rusiya qazı Ermənistana Azərbaycan vasitəsilə çatdırılacaq - KİV
Azərbaycanda kənd təsərrüfatı istehsalı artıb
İqtisadiyyat 14:52
Azərbaycanda kənd təsərrüfatı istehsalı artıb
Bir həftədə 6 tank əlehinə mina aşkarlanıb - ANAMA
İqtisadiyyat 14:20
Bir həftədə 6 tank əlehinə mina aşkarlanıb - ANAMA

2025-ci ildə 2092 şəhid ailəsi üzvünə vəsiqə təqdim edilib
İqtisadiyyat 11:23
2025-ci ildə 2092 şəhid ailəsi üzvünə vəsiqə təqdim edilib
Azərbaycan iqtisadiyatına qoyulan investisiyaların həcmi 5,6% azalıb - Rəsmi
İqtisadiyyat 10:21
Azərbaycan iqtisadiyatına qoyulan investisiyaların həcmi 5,6% azalıb - Rəsmi
Azərbaycanda sənaye istehsalı azalıb
İqtisadiyyat 10:13
Azərbaycanda sənaye istehsalı azalıb
Azərbaycanın ÜDM-i 2025-ci ildə 1,4% artıb — Statkom
İqtisadiyyat 10:05
Azərbaycanın ÜDM-i 2025-ci ildə 1,4% artıb — Statkom
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:06
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol