• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Həbsdəki hüquq-müdafiəçisindən prezidentə müraciət - FOTO

Həbsdəki hüquq-müdafiəçisindən prezidentə müraciət - FOTO
06.08.2014 11:38
“Demokratiyaya yardım” İB-nin sədri: "Vətənini sevən hər kəs bu gün Sizin əsgərinizdir"Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeliyindəki Bakı İstintaq Təcridxanasında saxlanılan şəxs Emil Məmmədov təcridxananın rəhbərliyi vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib.Emil Balamirzə oğlu Məmmədov “Demokratiyaya yardım” İctimai birliyinin sədri, hüquq-müdafiəçisi olub.ANS PRESS xidmətə istinadən müraciəti təqdim edir."Hörmətli cənab Prezident!Mənim 50 yaşım var. Salyan rayonunda ziyalı ailəsində böyümüşəm. 1987-2004-cü illərdə Salyan Kənd Təsərrüfatı Texnikumunda müəllim işləmişəm. Azərbaycan müstəqillik əldə etdikdən sonra həm də ictimai fəaliyyətlə hüquq müdafiəçiəsi kimi məşğul olmuşam. 2007-ci ildə Sizə məktubla etdiyim səmimi müraciətdən sonra təsisçisi olduğum “Demokratiyaya yardım” İB heç bir çətinliksiz dövlət qeydiyyatına alınıb. Mən də çalışmışam ki, mənə göstərilmiş bu etimadı doğruldum.Fəaliyyətimin əsas məqsədi regionda yaşayan insanların sosial hüquqlarının müdafiəsinə təmənnasız köməklik etmək olub. Məhz Sizin rəhbərliyiniz və təşəbbüsünüzlə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına olan dövlət proqramının vətəndaş cəmiyyətinin təmsilçisi olaraq ictimai iştirakçı olmaq etimadını qazanmışam. Sizin fərmanınızla həyata keçirilən Açıq Hökumət və Korrupsiyaya qarşı Mübarizə Dövlət Proqramlarının monitorinqində Heydər Əliyev Fondunun Salyanda tikib imkansız ailələrə verdiyi 85 evin paylanmasında, Salyanda Kür daşqınlarından ziyan çəkənlərə yardım etmək üçün yaradılmış RİH yanındakı komissiyada vətəndaş cəmiyyətini təmsil etmişəm. Mən hüquq müdafiəçisi olaraq öz təcrübəmdən səmimi olaraq bilirəm ki, Sizə olunan haqlı müraciət heç vaxt köməksiz buraxılmayıb. Ona görə də fəaliyyətimdə Sizi bütün hüququ pozulanların ən böyük müdafiəçisi görürəm, məhz Sizə güvənirəm.Son günlər cəbhə xəttində xain düşmənlərimiz tərəfindən atəşkəsin pozulması nəticəsində Milli Ordu əsgərlərinin, günahsız və qəhrəman övladlarımızın həlak olması xəbərlərini biz təcridxanalarda saxlanılanlar da böyük hüznlə qarşılayırıq. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Milli Ordumuzun, arxasında məkrli qüvvələrin dayandığı erməni işğalçılarına qarşı apardığı müharibənin qələbəmizlə bitəcəyinə əmin olmaqla, hamımızın ali baş komandan olaraq Sizin arxanızda olduğunu bildirirəm. Vətənini sevən hər kəs bu gün Sizin əsgərinizdir.Hörmətli cənab Prezident!Mən düşmən dəyirmanına su tökənlərdən fərqli olaraq Sizi Respublikamızın inkişafı və tərəqqisi naminə apardığınız siyasəti bir vətəndaş və hüquq müdafiəçisi olaraq həmişə dəstəkləmişəm və bundan sonra da dəstəkləyəcəyəm".

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Şamaxıda yaşayış evində partlayış olub, xəsarət alan var - Video
Cəmiyyət 21:01
Şamaxıda yaşayış evində partlayış olub, xəsarət alan var - Video
Şamaxıda köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib
Cəmiyyət 19:05
Şamaxıda köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib
Gəncədə doqquzmərtəbəli binada yanğın olub
Cəmiyyət 18:18
Gəncədə doqquzmərtəbəli binada yanğın olub
Son günlər kiberdələduzluq halları artıb - DİN
Cəmiyyət 16:26
Son günlər kiberdələduzluq halları artıb - DİN
Nərimanovda binanın fasadı uçub - Video
Cəmiyyət 15:16
Nərimanovda binanın fasadı uçub - Video
Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb
Cəmiyyət 14:59
Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb
Bakıya sulu qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 14:48
Bakıya sulu qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
BDYPİ-dən bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət
Cəmiyyət 13:42
BDYPİ-dən bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:46
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol