• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Güləşçilərimiz erməni idmançılarını diz çökdürdü - VİDEO

Güləşçilərimiz erməni idmançılarını diz çökdürdü - VİDEO
06.08.2014 09:26
Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürüb.Oxu.Az-ın Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. İlk yarış günündə 3 güləşçimiz qızıl medal qazanıb.50 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Nurullayev ilk görüşdə erməni rəqibini tam üstünlüklə məğlub edib. Ardınca Koreya və Qazaxstan təmsilçilərinə qalib gələn İbrahim finala yüksəlib. Finalda güləşçimiz Ukrayna təmsilçisini məğlub edərək qızıl medala sahib olub.60 kq-da Elman Muxtarov da finala qədərə inamla güləşib. Qırğızıstan, Belarus, Finlandiya və Fransa güləşçiləri üzərində qələbə qazanan təmsilçimiz finala yüksəlib. Finalda onun rəqibi erməni güləşçisi olub. Gərgin keçən qarşılaşmada düzgün taktika seçən güləşçimiz qalib gəlib və qızıl medala sahib olub. 96 kq çəki dərəcəsində Orxan Nuriyev mübarizəyə Çin təmsilçisi üzərində qələbə ilə başlayıb. Ardınca Polşa, Bolqarıstan və Norveç güləşçilərini də məğlub edən təmsilçimiz finala yüksəlib. Orxan Nuriyev finalda Koreya idmançısı ilə görüşdən də qalib ayrılıb və qızıl medala sahib olub.Final qarşılaşmasından sonra fikirlərini bildirən güləşçilərimiz qazanılan bu qələbəni son günlərdə Dağlıq Qarabağda baş verən hadisələr zamanı şəhid olmuş hərbçilərimizin ruhuna ithaf etdiklərini deyib:“Biz bu gün güləşçi kimi, xalça üzərində öz sözümüzü dedik. Üzərimizə düşən məsuliyyəti dərk edərək, bütün rəqiblərimizə, xüsusən də erməni rəqiblərimizə heç bir şans vermədən qələbə qazandıq. Biz hamımız Ali Baş Komandan, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin əsgərləriyik. Sabah Ali Baş Komandanın əmri ilə əldə silah səngərdə də düşmənin qarşısına çıxıb, ona qalib gəlməyə hazırıq!”ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol