• $
  • £

Xəstəxanada körpədən telefonu alıb aparan şəxsin görüntüsü yayılıb - FOTO

Xəstəxanada körpədən telefonu alıb aparan şəxsin görüntüsü yayılıb - FOTO
22.01.2020 16:39
Daxili İşlər Nazirliyinin (DİN) xəstəxanada körpədən telefonu alıb aparan şəxsin görüntüsünü yayıb.

DİN-in mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Cinayət Axtarış İdarəsi və Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında, vaqonlarda və platformalarda sərnişinlərin sıx olduğu vaxtlarda cibgirliklə məşğul olan şəxs saxlanılıb.

Keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Elçin Məmmədov tutulub.

Araşdırma zamanı onun cari ili yanvar ayının 19-da günün müxtəlif saatlarında metronun "İnşaatçılar” və "28 May” stansiyalarında iki qadının cibindən mobil telefon oğurladığı məlum olub.

E.Məmmədov saxlanılan zaman onun üzərindən cibgirlik yolu ilə əldə etdiyi mobil telefonlardan biri aşkar olunaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı saxlanılan şəxsin təkcə Metropolitendə yox, paytaxt ərazisində sərnişin avtobuslarında da cibgirliklə məşğul olduğu məlum olub.

Faktlarla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. E.Məmmədovun paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.

Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Xatırladaq ki, E.Məmmədov bir neçə gün əvvəl K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD xəstəxanası) 2 yaşlı uşağın əlində olan mobil telefonu oğurlayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şəmkirdə ana və oğlu yanıq xəsarəti alıb, qadın ölüb
Cəmiyyət 17:47
Şəmkirdə ana və oğlu yanıq xəsarəti alıb, qadın ölüb
ETX: vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb
Cəmiyyət 17:41
ETX: vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

Şağan qəsəbəsinin qaz təchizatı dayandırılacaq
Cəmiyyət 17:15
Şağan qəsəbəsinin qaz təchizatı dayandırılacaq
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Cəmiyyət 16:10
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Mazasırdə yol çöküb
Cəmiyyət 15:41
Mazasırdə yol çöküb
Bu istiqamətlərdə əlavə qatar reysləri təyin edilib
Cəmiyyət 15:37
Bu istiqamətlərdə əlavə qatar reysləri təyin edilib
Masallıda yanğın: baba və 2 yaşlı nəvə həlak olub
Cəmiyyət 15:15
Masallıda yanğın: baba və 2 yaşlı nəvə həlak olub
Ağdərədə mina partlayıb, bir nəfər xəsarət alıb
Cəmiyyət 14:53
Ağdərədə mina partlayıb, bir nəfər xəsarət alıb
Mehdiabadda 3 saylı məktəbin fəaliyyəti dayandırılıb
Cəmiyyət 13:17
Mehdiabadda 3 saylı məktəbin fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol