• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Xanhüseyn Kazımlının oğlu evsizləri yenə evsiz qoyur

Xanhüseyn Kazımlının oğlu evsizləri yenə evsiz qoyur
26.01.2020 18:25
2019-cu ildə ölkə Prezidenti "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydasını” təsdiq edib. Bu, olduqca humanist və ölkə əhalisinin şəxsi mənzilinin olması ilə bağlı mühüm qərardır. Təbii ki, Prezident bununla dövlətin sosialyönmlü siyasətinin ardıcıl və vətəndaşların istəyinə uyğun olduğunu bir daha göstərdi.
Beləliklə də, Azərbaycanda kirayə mənzillər mexanizminin yaradılması Prezidentin Fərmanı ilə İpoteka və Kredit Zəmanət Fonduna həvalə olundu. Nəhayət, 2020-ci il yanvarın 22-də kirayə yolu ilə mənzil alanların elektron müraciətlərinin qəbuluna başlanıldı. Xüsusən aztəminatlı insanların bu sosial layihəyə ümidləri böyük idi. İpoteka və Kredit Zəmanət Fondu isə hökumətin bu siyasətini uğurlu icra edə bilmədi. Öncə onu qeyd edək ki, qiymətlərin yüksək olması demək olar ki, bu layihəyə olan ümidləri doğrultmadı. İpoteka və Kredit Zəmanət Fondunun məlumatına əsasən, Bakıda mənzillərin aylıq ödəniş qiyməti 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda 297 manatdan başlayacaq. Bu isə layihənin sosial mahiyyətini itirdiyini və aztəminatlı ailələr üçün əlverişli olmadığını təsdiq edir.Hesablamalar göstərir ki, Bakı şəhərində mənzilin bir kvadratmetri 2126 manat, Xırdalanda 1708 manat, Sumqayıtda isə 2152 manat olacaq.

Əksər ekspertlərin fikrincə, qiymətlər çox yüksək olduğu üçün aztəminatlı ailələrin gəlirlərinə uyğunlaşdırılmayıb. Hətta ipoteka krediti ilə alınan mənzillərin qiyməti "kirayə mənzil”dən daha ucuz başa gəlir. Ayda 411 manat kirayə ödəməklə həmin mənzilin yaşayan şəxsə qalmasına baxmayaraq, Azərbaycandakı ailələrin əksəriyyətinin orta aylıq gəlirinə və minimum istehlak meyarına uyğun gəlmir.

Hazırda Bakı və Xırdalan şəhərlərdəki mənzillərdə müvəqqəti yaşayan şəxslərin bir çoxunun bölgələrdən gəlmiş, günəmuzd işləyən və ya daimi iş yeri olmayanlar, ailə başçısı işləyən və ailə üzvləri işsiz olan vətəndaşlar, həmçinin tələbələr olduğunu nəzərə alsaq, Kirayə Mənzil Fondunun təklif etdiyi mənzillərə tələbatın yüksək olacağı şübhə doğurur.

Görünür, İpoteka və Kredit Zəmanət Fondu bu kateqoriyadan olan şəxsləri, xüsusilə də azətminatlı və evsiz şəxsləri nəzərə almayıb. Bu isə layihə şərtlərinə yenidən baxılmasını gündəmə gətirə bilər. "Kirayə mənzil mexanizmi”nin tək narahatlığı qiymətlərin açıqlanması ilə məhdudlaşmadı. Belə ki, "Elektron ipoteka və kredit zəmanət” sistemi fəaliyyətinin ilk günündə "kirayə mənzillərin" alışının elektron sistemi işə başlamamış çökdü. Fondun rəhbəri neçə illik deputat Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımovdur. Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu "Elektron ipoteka” sisteminin yaradılması üçün "CyberNet” şirkətinə təxminən 6 000 000 manat, sistemin təkmilləşməsi üçün "GT Solution” şirkətinə isə təxminən 3 000 000 manat vəsait xərcləyib.

Ümumilikdə 9 milyon manata başa gələn sistemin çökməsi ictimaiyyəti narazı saldı. İnformasiya texnologiyaları üzrə ekspert Osman Gündüz iddia edib ki, bəzi qurumlar qabaqcadan sistemin bu formada işə salınmasında ciddi risklər ola biləcəyinə dair İpoteka və Kredit Zəmanət Fonduna tövsiyələr verib:
(Yenisabah)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbək ekstrasens Azərbaycandan çıxarıldı
Cəmiyyət 22:58
Özbək ekstrasens Azərbaycandan çıxarıldı
Mingəçevirdə evdən qadın meyiti tapılıb
Cəmiyyət 21:50
Mingəçevirdə evdən qadın meyiti tapılıb
Füzulidə mina partlayıb,ölən var
Cəmiyyət 20:41
Füzulidə mina partlayıb,ölən var
Rusiyadan İrana göndərilən humanitar yardım Azərbaycan sərhədindən yola salınıb - Yenilənib
Cəmiyyət 20:37
Rusiyadan İrana göndərilən humanitar yardım Azərbaycan sərhədindən yola salınıb - Yenilənib
Ramazanın iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:30
Ramazanın iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Cəmiyyət 18:10
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Cəmiyyət 17:27
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Beynəlxalq sistemə etimadın azalması multilateralizmin əsas böhranıdır - Espinoza
Cəmiyyət 17:09
Beynəlxalq sistemə etimadın azalması multilateralizmin əsas böhranıdır - Espinoza

İlkin hərbi qeydiyyata alınma qaydasıtəsdiqlənib
Cəmiyyət 16:53
İlkin hərbi qeydiyyata alınma qaydasıtəsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol