• $
  • £

Çindən Azərbaycana bir sıra məhsulların gətirilməsi qadağan olundu

Çindən Azərbaycana bir sıra məhsulların gətirilməsi qadağan olundu
28.01.2020 16:57
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) koronavirusla bağlı nəzarət tədbirlərini gücləndirib.


AQTA-dan BAKU.WS-ə bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, son zamanlar Çin Xalq Respublikasının ərazisində meydana gələn 2019-nCoV koronavirus xəstəliyi dünyanın bir sıra ölkələrinə yayılmaqdadır.


Koronavirusun ilk yoluxan insanlara birbaşa heyvanlardan keçdiyi müəyyən olunub.
Bununla əlaqədar, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəliyin olduğu ölkələrdən gətirilən diri heyvanlar, heyvan mənşəli məhsullar və dəniz məhsullarının digər ölkələrə girişinə xüsusi nəzarət tədbirlərinin gücləndirilməsi məsləhət görülür.


AQTA ölkə ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çin Xalq Respublikasından Azərbaycana diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.


Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Çin Xalq Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Ağcabədidə ölümlə nəticələnən avtoqəza olub
Cəmiyyət 20:22
Ağcabədidə ölümlə nəticələnən avtoqəza olub

İtkin düşən 5 nəfər ötən gün tapılıb
Cəmiyyət 19:57
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
Cəmiyyət 17:50
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək


Putin azərbaycanlı alimi təltif edib
Cəmiyyət 17:16
Putin azərbaycanlı alimi təltif edib


MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Cəmiyyət 16:20
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Cəmiyyət 15:37
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Cəmiyyət 15:17
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır
Cəmiyyət 14:52
Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Cəmiyyət 12:52
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol