28 tələbə "Azercell Təqaüdçüsü" fəxri adına layiq görülüb
Azercell 2020-ci il üzrə Tələbə Təqaüdü
Proqramının nəticələrini elan edib
28 noyabr 2020-ci il tarixində Azercell Tələbə Təqaüd Proqramı üzrə
qalib gələn tələbələrin təntənəli mükafatlandırma mərasimini keçirib. "Azercell
Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev, Azercell-in İnsan Kapitalının
İdarə edilməsi departamentinin direktoru Ziba Mustafayeva və SABAH İcra Komitəsinin tələbələrlə
iş üzrə meneceri Mehriban
Nəzərova qalibləri təbrik edərək, gələcək fəaliyyətlərində
uğurlar arzu ediblər.
"Yarandığı gündən etibarən Azercell tələbələrin fərdi
və peşəkar inkişafına böyük töhfə verməklə yanaşı, bu istiqamətdə yeni
imkanların yaradılması üzərində çalışır. Biz, istedadlı gənclərin elmi fəaliyyətinin
təşviqinə yönəlmiş bir sıra layihələrin təşəbbüskarı olmaqdan qürur duyuruq.
Artıq 12 ildir ki, Azercell hər il ənənəvi olaraq tələbələr üçün Təcrübə və Təqaüd
proqramları həyata keçirir və şirkətimiz bu günə qədər 230-dan çox tələbəyə təqaüd
ayırıb ”,- deyə Vahid Mürsəliyev tədbirdə çıxışı zamanı qeyd etdi.
Xatırladaq ki, Azercell-in Tələbə Təqaüdü proqramına müraciətlərin qəbulu
cari ilin sentyabr ayında açıq elan olunub. Müraciət etmiş 1750 tələbədən,
741 öncədən qoyulan tələblərə cavab verərək, mərhələli seçim prosesinə dəvət
alıblar. Proqramda iştirak edən bütün tələbələr üçün bərabər şəraitin
yaradılması məqsədilə İnsan Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri
üç ay ərzində paytaxt və bölgə universitetlərinin tələbələri ilə görüşərək
proqram haqqında məlumat verib, onları maraqlandıran sualları
cavablandırıblar.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir

www.anews.az