• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Veteran döyüşçülər prezidentə səsləndi

Veteran döyüşçülər prezidentə səsləndi
05.08.2014 09:39
Arif Paşa: “Döyüşmək üçün prezidentə müraciət etmişəm”;Nurəddin Xoca: “Şəhid olmaq növbəsi bizimdir”;Etibar Əmiraslanov: “Biz villa, qazanc, var-dövlət istəmirik, ölüm istəyirik”

Cəbhə xəttində yaşanan gərginlik və hərbi əməliyyatlar könüllü batalyonlar yaradılması fikrini aktuallaşdırıb. 1992-93-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə könüllü batalyonlar, dəstələr xüsusi fədakarlıq nümayiş etdirib. O baxımdan könüllü batalyonlara yenidən ehtiyac yarandığı deyilə bilər. Artıq Laçın alayının sabiq komandiri Arif Paşayev prezidentə müraciət edib.

A.Paşayev facebook səhifəsində bunları yazıb: “Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə. Cənab Ali Baş Komandan mən işləmək üçün Rusiya Federasiyasının Komi Respublikasına getməyi planlaşdırırdım. Son vaxtlar cəbhədə yaranan vəziyyətlə əlaqədar bu səfərimdən imtina etdim.

Vətən naminə canından və qanından keçməyə hazır olan biz keçmiş döyüşçülər torpaqlarımızın azadlığı uğrunda aparılacaq mübarizənin ön sıralarında olmağı özümüzə şərəf və borc bilirik. Tanrı vətənimizi və millətimizi qorusun".Keçmiş döyüşçü, bozqurd batalyonun komandiri olmuş Nurəddin Xoca da prezidentə ilk müraciət edənlərdən olub. Onun sözlərinə görə, veteranlara da prezidentə müraciət etməyi söyləyib: “Artıq bir çox 1-ci Qarabağ müharibəsi veteranları Ali Baş Komandana müraciət ediblər. Çağırış etmişəm ki, bizi hərbi hissələrə ezam etsinlər. İndi veteranlar orduya çağırılmalı, hərbi hissələrə götürülməlidirlər. Səngərlərdə çoxluğu veteranlar təşkil etməlidirlər. Bir də biz 1-ci Qarabağ müharibəsi veteranları məğlub ordunun əsgərləri ləkəsini öz üstümüzdən silmək istəyirik".

N.Xocanın fikrincə, cəbhədəki vəziyyətlə bağlı xəbərlər boşluğunu şayiələr doldurur: “Bu da Müdafiə Nazirliyinin mətbuat xidmətinin yarıtmaz işlədiyini göstərir. Lakin müdafiə nazirinin bütün Qarabağ cəbhəsini gəzməsi, ağır texnikanın cəbhəyə göndərilməsi, zərbə hücum hava qüvvələrinin döyüş bölgələrində havaya qaldırılması, bəzi xəbərlərin düz olduğunu göstərir.

Ordumuz ermənilərin zərbəsinə əks zərbə endirib. Düzdür, şəhidlərimiz var. Amma döyüş gedir və istəsəkdə, istəməsək də itkilərlə qarşılaşacağıq. Ona görə də tələb edirik ki, veteranlar orduya çağırılsın. Razıyıq, əsgər kimi səngərə girib, öz təcrübəmizi bu cavan əsgərlərə öyrədək. Həm də indi irəli getmək, şəhid olmaq bizim növbəmizdir. Biz vicdanımızda olan bu ləkəni yumalıyıq. Bu cavan əsgərlər yox. Onlar bu vətənə hələ çox lazım olacaqlar".

Əfsanəvi döyüşçü Etibar Əmiraslanov da könüllü döyüşməyə hazırdır: “Cəbhə xəttində olanlar cavan uşaqlardır. Onlar lap iki il qulluq etsinlər. Axı döyüş görməyiblər?! Mütləq köhnə döyüşçüləri onların yanına qoymaq lazımdır. Hər 10-15 əsgərə bir təcrübəli döyüşçü ayırmaq lazımdır. Ancaq bildiklərini edirlər. Biz isə hamımız döyüşməyə hər an hazırıq”.

E.Əmiraslanov deyir ki, məmurlar var Əlibəylinin getməsinə razıdır, amma onun döyüşlərə qayıtmağına yox: “Məni yuxarılara pis qələmə veriblər. Bilirlər ki, ermənilərin yüksəkliklərinə bayrağımızı sanca-sanca gedəcəyəm, prezident də bu məsələdə diqqətlidir. O halda məmurlar pis vəziyyətdə qalacaqlar. Ona görə məni yuxarılara pis təqdim edirlər, istəmirlər döyüşlərə gedim. Biz villa, qazanc, var-dövlət istəmirik, ölüm istəyirik”.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət başçısı Latviyanın keçmiş Prezidentinə başsağlığı verib
Siyasət 15:59
Dövlət başçısı Latviyanın keçmiş Prezidentinə başsağlığı verib
İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib
Siyasət 10:09
İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib
МИД Азербайджана выразил соболезнования Швейцарии в связи с трагедией в Кран-Монтане
Siyasət 18:30
МИД Азербайджана выразил соболезнования Швейцарии в связи с трагедией в Кран-Монтане
Azərbaycan XİN İsveçrəyə başsağlığı verib
Siyasət 17:59
Azərbaycan XİN İsveçrəyə başsağlığı verib
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Siyasət 13:42
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Siyasət 12:00
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Prezident xalqa müraciət edib - Yenilənib
Siyasət 00:00
Prezident xalqa müraciət edib - Yenilənib
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Siyasət 21:02
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Siyasət 16:47
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol