• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Ramiz Mehdiyev prezidentin köməkçisini və nazirləri AMEA-ya topladı

Ramiz Mehdiyev prezidentin köməkçisini və nazirləri AMEA-ya topladı
03.02.2020 19:34
Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, Maliyyə naziri Samir Şərifov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev AMEA Rəyasət Heyətinin üzvləri ilə görüşüblər.
 
Bu barədə Demokrat.az-a AMEA-dan məlumat verilib.
 
Qeyd olunub ki, AMEA Rəyasət Heyətində keçirilən görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev dövlət rəsmilərini salamlayaraq son aylar AMEA-da aparılan islahatlar, struktur dəyişiklikləri, yenidənqurma işləri, eləcə də qarşıda duran məsələlər barədə ətraflı danışıb. Akademiya rəhbəri Dövlət proqramlarının icrası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən verilən tövsiyə və tapşırıqların yerinə yetirilməsi üzrə görülən işlərdən danışaraq ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi istiqamətində Akademiya alimlərinin üzərinə düşən vəzifələrdən geniş bəhs edib. Akademik Ramiz Mehdiyev dövlət başçısı tərəfindən AMEA kollektivi qarşısında qoyulan vəzifə və tapşırıqları yüksək işgüzarlıqla yerinə yetirəcəklərini diqqətə çatdırıb.
 
Sonra AMEA Rəyasət Heyətinin, eləcə də elmi-tədqiqat institutlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində irəli sürülən fikir və mülahizələr ətrafında geniş müzakirə aparılıb. Müzakirələrdə AMEA-nın Birinci vitse-prezidentləri akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, vitse-prezidentlər Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov və İşlər İdarəsinin müdiri, texnika elmləri doktoru, professor Elton Məmmədov çıxış edərək bir sıra ümumiləşdirilmiş təklif və mülahizələrini səsləndiriblər.
 
Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov Azərbaycanda aparılan elmi-tədqiqat işlərinin yüksək əhəmiyyət kəsb etdiyini bildirərək AMEA alimlərinin ölkənin sosial-iqtisadi inkişafında rolundan danışıb, taleyüklü məsələlərdə ölkə alimlərinin yaxından iştirakının vacibliyini xüsusi olaraq diqqətə çatdırıb. Maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də AMEA Rəyasət Heyətinin üzvləri tərəfindən səsləndirilən təklif və mülahizələrə ölkəmizdə mövcud olan müvafiq qanunlara və imkanlara istinad edərək münasibətlərini bildiriblər.
 
Dövlət rəsmiləri 29 dekabr 2019-cu ildə keçirilmiş Akademiyanın Ümumi yığıncağı tərəfindən qəbul edilmiş AMEA-nın 2020-2025-ci ilər üzrə İnkişaf proqramının Akademiya həyatında əhəmiyyətli dönüş yaradacağına əminliklərini ifadə ediblər.
 
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvləri adından dövlət rəsmilərinə minnətdarlığını bildirib, müxtəlif dövlət qurumları ilə elmsahələriarası əlaqələrin genişləndirilməsininin vacibliyini qeyd edərək bütün sahələrdə olduğu kimi, ölkənin sosial-iqtisadi inkişafında da Akademiya alimlərinin səmərəli elmi-tədqiqat işlərindən istifadənin əhəmiyyətini diqqətə çatdırıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Siyasət 23:16
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Siyasət 22:00
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - Video
Siyasət 21:16
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - Video
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Siyasət 18:08
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev
Siyasət 16:17
Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev
İsrail-Fələstin mövzusu siyasətçilər arasında mübahisə yaratdı
Siyasət 13:48
İsrail-Fələstin mövzusu siyasətçilər arasında mübahisə yaratdı
Qusenbauer: Avropa üçün dayanıqlı sülh beynəlxalq hüquqa və sərhədlərin toxunulmazlığına əsaslanmalıdır
Siyasət 13:28
Qusenbauer: Avropa üçün dayanıqlı sülh beynəlxalq hüquqa və sərhədlərin toxunulmazlığına əsaslanmalıdır
Əmr Musa: XXI əsrdə qlobal təhlükəsizlik anlayışı yenidən müəyyənləşdirilməlidir
Siyasət 13:21
Əmr Musa: XXI əsrdə qlobal təhlükəsizlik anlayışı yenidən müəyyənləşdirilməlidir

"Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub"- İlham Əliyev
Siyasət 10:46
"Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub"- İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol