• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Şəhid bacısı: “Nə iş verirlər, nə də əkib-becərməyə torpaq” – VİDEO

Şəhid bacısı: “Nə iş verirlər, nə də əkib-becərməyə torpaq” – VİDEO
05.02.2020 12:31
Yevlax rayon Qoyunbinəsi kəndinin sakini, şəhid Bəşirov Samir Baloğlan oğlunun bacısı Əsgərova Səbinə Baloğlan qızı, kəndin keçmiş bələdiyyə sədri Məmmədov Qabil Süleyman oğlunun onlara məxsus 5 hektar torpağı müsadirə etdiyini iddia edir.

O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, həmin torpaq onlara əkib-becərmək üçün bələdiyyənin ehtiyat fondundan icarə əsasında verilib:

"Həm özümün, həm də yoldaşımın qardaşı şəhid olub. Bir qardaşımda isə böyrək çatışmazlığı var idi. Anam öz böyrəyini həmin qardaşıma verdi. Onun müalicəsi üçün əlimizdəki torpaqları və bir çox şeyi satmalı olduq. Banklara da borclandıq.
 
Borcumuzu bağlamaq üçün isə nə işimiz var idi, nə də əkib-becərməyə torpağımız. Buna görə də Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın qəbulunda olduq. Göstəriş verdilər ki, bələdiyyənin ehtiyat fondundan torpaq və iş verilsin. Kəndin keçmiş bələdiyyə sədri Məmmədov Qabil Süleyman oğlu isə bizimlə bu haqda müqavilə bağladı. Bizim dilimizdən bizə torpaq verilməsi haqqında sənəd hazırladılar, biz də imzalayaraq təsdiq etdik. Ancaq müqavilədə göstərilən ərazini özünə götürüb bizə kəndin örüş yerindən torpaq verdi”.

Ə. Səbinə həmçinin, Yevlax icra başçısının müavini Elnarə Məmmədovanın Qoyunbinəsi kəndindəki uşaq bağçasında iki nəfəri qeyri-qanuni işlə təmin etdiyi halda ona iş vermədiyini iddia edib:

"İcra başçısının müavini Elnarə xanımdan özüm üçün kəndin uşaq bağçasında iş istədim. Ancaq orada iki nəfəri qeyri-qanuni olaraq gecə növbətçisi kimi işlə təmin etdiyi halda mənə iş vermədi. Halbuki, o bağça elə bir vəziyyətdədir ki, onun nəinki gecə, heç gündüz növbətçiyə ehtiyacı yoxdur”.

S. Əsgərova həyat yoldaşı Əsgərov Yavər Vaqif oğlu ilə əvvəlki kənd bələdiyyəsinin sədri Məmmədov Qabil Süleyman oğlu arasında bələdiyyənin mülkiyyətində olan torpaqdan 5 hektar birinciyə verilməsi haqqında bağlanmış müqavilənin fotolarını redaksiyamıza təqdim edib.Qoyunbinəsi kəndinin keçmiş bələdiyyə sədri Məmmədov Qabil Süleyman oğlu isə Ə. Səbinənin iddialarının heç bir əsası olmadığını dedi:

"O şəhid ailəsi deyil, onun anası şəhid ailəsi ünavnı daşıyır. Qaynı isə itkin düşüb. Onun bir qardaşı var, çöllərdədir. Bu şəxs bizdən şəhid ailəsi kimi torpaq istəmişdi, mən də bu barədə yazdım göndərdim Bakıya, Nazirlər Kabineti buna icazə vermədi. Onlar da deyir ki, kimin əlində torpaq varsa al ver bizə. Bələdiyyənin ehtiyat fondundakı torpaqlar isə 30 illik icarədədir”.

Yevlax şəhər icra başçısının müavini Elnarə Məmmədova ilə haqqındakı iddialarla bağlı əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı.
Ə. Səbinə həmçinin prezidentə və I Vitse-prezident Mehriban Əliyevaya ünvanladığı video-müraciəti redaksiyamıza göndərib. Həmin kadrları təqdim edirik:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbək ekstrasens Azərbaycandan çıxarıldı
Cəmiyyət 22:58
Özbək ekstrasens Azərbaycandan çıxarıldı
Mingəçevirdə evdən qadın meyiti tapılıb
Cəmiyyət 21:50
Mingəçevirdə evdən qadın meyiti tapılıb
Füzulidə mina partlayıb,ölən var
Cəmiyyət 20:41
Füzulidə mina partlayıb,ölən var
Rusiyadan İrana göndərilən humanitar yardım Azərbaycan sərhədindən yola salınıb - Yenilənib
Cəmiyyət 20:37
Rusiyadan İrana göndərilən humanitar yardım Azərbaycan sərhədindən yola salınıb - Yenilənib
Ramazanın iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:30
Ramazanın iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Cəmiyyət 18:10
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Cəmiyyət 17:27
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Beynəlxalq sistemə etimadın azalması multilateralizmin əsas böhranıdır - Espinoza
Cəmiyyət 17:09
Beynəlxalq sistemə etimadın azalması multilateralizmin əsas böhranıdır - Espinoza

İlkin hərbi qeydiyyata alınma qaydasıtəsdiqlənib
Cəmiyyət 16:53
İlkin hərbi qeydiyyata alınma qaydasıtəsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol