• $
  • £

Fəzail Ağamalıdan AÇIQLAMA

Fəzail Ağamalıdan AÇIQLAMA
14.02.2020 19:18
Fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilərdə bəzi millət vəkillərinin, xüsusən də yaşlı nəslin nümayəndələrinin namizədliyini yenidən irəli sürməsi və təkrar mandat qazanması cəmiyyətdə narazılıqlara səbəb olub.
 
Ana VətənPartiyasının sədri Fəzail Ağamalı bildirib ki, bunu deyənlərin peşəkarlıq səviyyəsi aşağıdır və parlamet tamamilə yenilənərsə, Azərbaycanda siyasi böhran yarana bilər:
 
"Əsassız fikirlərdir. Növbədənkənar parlament seçkiləri parlamentin 125 deputatının tamamilə yenilərlə əvəzlənməsi demək deyil. Bu çox böyük, ciddi problemlər yarada bilərdi. Ola bilər ki, bəzi insanlar özünü cəmiyyətdə təsdiq edib, amma parlament təcrübəsi yoxdur”.
 
Qanunvericiliyin çox ciddi sahə olduğunu bildirən Fəzail Ağamalı bildirib ki, parlament təcrübəsi üçün ən azı 2-3 il işin içində olmaq lazımdır:
 
"Qanunverici prosesdə iştirak etmək üçün ən azı prosedur qaydalarını bilmək lazımdır.  Burada peşəkarlıq tələb olunur. Dünyada gedən iqtisadi, siyasi, sosial proseslərin dərindən bilgisi tələb olunur. Bunu Azərbaycanla sintez etmək, ölkəmizin maraqlarına uyğun olaraq qanunvericilik aktında əks etdirmək lazımdır. Bu halda gənclərin gəlməsi böyük fəsadlar törədər. Azərbaycanda ciddi siyasi böhran yaşana bilər. Təəssüf edirəm ki, belə şeyləri nəzərə almırlar. Görünür ki, bu  fikirləri söyləyənlərin peşəkarlıq səviyyəsi aşağıdır. Onlar hadisənin gedişinə əsaslanmış arqumentlərlə deyil, koorparativ maraqlarla münasibət bildirirlər”.
 
Seçkinin nəticələrinə münasibət bildirərkən Fəzail Ağamalı qeyd edib ki, ən gənc deputatın yaşı 26-dan başlayır və hər yaşda üzv olduğu üçün bu tənzimlənmə kifayət qədər qaneedicidir:
 
"Əgər bu gün parlamentə gələnlərin 55 faizdən çoxu 60 yaşdan aşağıdırsa, 70 yaşdan yuxarı olanlar, hansı ki, onların böyük siyasi təcrübəsi var, yüksək peşəkarlığı var, bunlar heç parlamentin 17 faizini təşkil etmir. 28 faizi isə orta yaşlılardır.  45 faiz köhnələr olduğu halda, 55 faiz yenilərdir. Daha bundan artıq nə cür yenilənmə olmalıdır?”.Redaktor.az

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol