• $
  • £

Saxlanılan deputatlığa namizədlərin adları açıqlandı – SİYAHI

Saxlanılan deputatlığa namizədlərin adları açıqlandı – SİYAHI
16.02.2020 14:06
Növbədənkənar parlament seçkilərinin nəticələrinə etiraz olaraq bu gün saat 15:00-da Mərkəzi Seçki Komissiyasının inzibati binasının qarşısında keçirilməsi nəzərdə tutulan etiraz aksiyası ilə əlaqədar saxlanılan deputatlığa namizədlərin adları açıqlanıb.
 
Pravda.az-ın xəbərinə görə, D 18 Hərəkatının sədri Ruslan İzzətli, bloqer Mehman Hüseynov, Müsavat Partiyasının üzvləri Əlikram Xurşidov, Bakıxan Qəribli və Bayraməli Abdullayev  (Partiyanın səlahiyyətli nümayəndəsi) saxlanılıb.
 
ReAl Partiyanın sədri İlqar Məmmədov da polis bölməsinə aparılıb.
 
Qeyd: Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq. Müxalifət nümayəndələri mitinq keçirmək niyyətləri barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdilər. Müraciətlərinə baxılıb və mitinqin fevralın 16-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsindəki stadionda keçirilməsinə razılıq verilib. Bundan başqa, dünən mitinqin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq müvafiq qanunvericiliyin tələbləri izah edilib və icazə verilən yerdən başqa digər ərazidə mitinqin keçirilməsinin yolverilməz olduğu bir daha onların nəzərinə çatdırılıb. Ona görə də, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış yerdə mitinq və ya yürüş keçirməyə cəhd edilərsə, bu qanunsuz aksiya hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcəkdir. Belə cəhdlərin qarşısı alınarkən ictimai asayişi bərpa edən polislərlə qanunsuz aksiyanın iştirakçıları arasında baş verə biləcək bütün hadislərin məsuliyyəti həmin razılaşdırılmamış mitinqin təşkilatçılarının üzərinə düşəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlk rübdə 10 min uşağa reabilitasiya xidmətləri göstərilib
Cəmiyyət 15:21
İlk rübdə 10 min uşağa reabilitasiya xidmətləri göstərilib
Siyasi partiyalar maliyyə hesabatlarını təqdim edib
Cəmiyyət 14:42
Siyasi partiyalar maliyyə hesabatlarını təqdim edib

Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olunub
Cəmiyyət 14:26
Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olunub
Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında nikahların sayı azalıb
Cəmiyyət 13:38
Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında nikahların sayı azalıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:45
Sabahın hava proqnozu açıqlanıb
Sumqayıtda dəm qazındanzəhərlənən uşaqların durumu açıqlanıb
Cəmiyyət 11:33
Sumqayıtda dəm qazındanzəhərlənən uşaqların durumu açıqlanıb
Gəncədə yol qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb
Cəmiyyət 11:03
Gəncədə yol qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
Cəmiyyət 10:38
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Cinayətdə şübhəli bilinən 61 nəfər tutulub
Cəmiyyət 10:21
Cinayətdə şübhəli bilinən 61 nəfər tutulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol