• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Belçika universiteti: Futbol matçlarında hər 100 metrdən bir qələbə şansı 1,1 faiz artır

Belçika universiteti: Futbol matçlarında hər 100 metrdən bir qələbə şansı 1,1 faiz artır
28.05.2020 22:00
Stadionu dəniz səviyyəsindən yuxarıda yerləşən klubların qələbə qazanmaq şansı daha yüksəkdir.


"Report" Belçika mətbuatına istinadən xəbər verir ki, bu fikir ölkənin Gent Universitetinin araşdırmalarına əsasən ortaya çıxan nəticədir.


2008-2016-cı illərdə keçirilən 2 min Çempionlar Liqası və Avropa Liqası oyununu analiz edən universitet stadionu dəniz səviyyəsindən yüksəkdə olan komandaların qələbə sayında artım olduğunu üzə çıxarıb. Eyni araşdırmaya görə, stadionu dəniz səviyyəsi ilə eyni hündürlükdə olan klubların nəticələri isə getdikcə pisləşməkdədir. Onlar bunu ev sahibi komandaların oksigen səviyyəsi aşağı olan ərazilərə daha asan uyğunlaşması ilə əlaqələndiriblər.


Araşdırmaların nəticəsinə əsasən, hər 100 metrlik hündürlük artımına görə komandaların qələbə qazanmaq şansı 1,1 faiz artır. Məlumatda qeyd olunub ki, "Çelsi" klubunun stadionu ("Stemford Bric") "Real Madrid"in ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu"dan 700 metr aşağıda yerləşdiyindən İspaniya təmsilçisi ilə qarşılaşmada londonluların qələbə şansı avtomatik olaraq 7 faiz azalır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol