• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

XİN Azərbaycanın Avropa İttifaqından yeni gözləntilərini açıqladı

XİN Azərbaycanın Avropa İttifaqından yeni gözləntilərini açıqladı
20.02.2020 12:18
"Azərbaycan Avropa İttifaqı ilə münasibətlərinin ikitərəfli ölçüsünə üstünlük verir və qurumla əməkdaşlığını öz prioritetləri və maraqları əsasında qurur”.
Bunu Report-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib.

Ukrayna, Gürcüstan və Moldovanın Xarici İşlər nazirlərinin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa Komissiyasına Avropa İttifaqının (Aİ) 2021-2027-ci illər üzrə maliyyə perspektivi çərçivəsində "Şərq Tərəfdaşlığı” regionlarına maliyyə dəstəyi verilməsi ilə bağlı birgə müraciətini şərh edən XİN sözçüsü vurğulayıb ki, rəsmi Bakı ittifaqla əməkdaşlığın davam etdirilməsində maraqlıdır.  

"Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun iştirakı ilə 2018-ci ilin iyul ayında Brüsseldə paraflanan və sonrakı aylarda qüvvəyə minən Azərbaycan - Avropa İttifaqı Tərəfdaşlıq Prioritetləri sənədi Aİ-nin 2018-2020-ci illərdə Azərbaycana maliyyə dəstəyinin hədəflərini təsbit edib.

Azərbaycan tərəfi qeyd olunan hədəflər üzrə işin davam etdirilməsində maraqlıdır və ümid edir ki, Avropa İttifaqının gələcək maliyyələşmə alətləri həmin prioritetlərin qurum tərəfindən həyata keçirilməsinə töhfə verəcək”, - L.Abdullayeva bildirib.

O qeyd edib ki, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı”nın gələcəyi ilə bağlı tərəfdaş ölkələrdə dövlət, vətəndaş cəmiyyəti və işgüzar dairələrin iştirakı ilə genişmiqyaslı ictimai müzakirələr aparıb:

"Azərbaycan bu gün Avropa İttifaqının enerji sahəsində strateji və etibarlı tərəfdaşıdır. Ölkəmiz bu münasibətlərini regional təhlükəsizlik çağırışlarının aradan qaldırılması sahəsində əks etdirmək marağındadır.

Eyni zamanda, Şərq-Qərb və Cənub-Qərq istiqamətlərində regional nəqliyyat layihələrini həyata keçirməklə Azərbaycan Avropa İttifaqının Mərkəzi Asiya və uzaq Şərq ölkələri ilə nəqliyyat bağlantılarının yaradılması strategiyasının reallaşdırılmasında müstəsna rola malikdir. Bu səbəbdən, enerji sahəsi ilə yanaşı, Avropa İttifaqı ilə həm siyasi-təhlükəsizlik, həm də nəqliyyat mövzuları üzrə ayrıca dialoq alətləri yaradılmaqdadır”. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Siyasət 23:16
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Siyasət 22:00
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - Video
Siyasət 21:16
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - Video
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Siyasət 18:08
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev
Siyasət 16:17
Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev
İsrail-Fələstin mövzusu siyasətçilər arasında mübahisə yaratdı
Siyasət 13:48
İsrail-Fələstin mövzusu siyasətçilər arasında mübahisə yaratdı
Qusenbauer: Avropa üçün dayanıqlı sülh beynəlxalq hüquqa və sərhədlərin toxunulmazlığına əsaslanmalıdır
Siyasət 13:28
Qusenbauer: Avropa üçün dayanıqlı sülh beynəlxalq hüquqa və sərhədlərin toxunulmazlığına əsaslanmalıdır
Əmr Musa: XXI əsrdə qlobal təhlükəsizlik anlayışı yenidən müəyyənləşdirilməlidir
Siyasət 13:21
Əmr Musa: XXI əsrdə qlobal təhlükəsizlik anlayışı yenidən müəyyənləşdirilməlidir

"Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub"- İlham Əliyev
Siyasət 10:46
"Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub"- İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol