• $ 1.7
  • € 1.9654
  • ₽ 0.021656
  • ₺ 0.0432
  • £ 2.3075

DTX-nin əməliyyatı ilə saxlanılan icra başçısının biznes şəbəkəsi - VİDEO

DTX-nin əməliyyatı ilə saxlanılan icra başçısının biznes şəbəkəsi - VİDEO
29.05.2020 00:08
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Neftçalanın icra başçısı (artıq sabiq icra başçısı) İsmayıl Vəliyev rayonda böyük biznes qurub.


Bu barədə Oxu.Az DTX-nin Neftçalada vəzifəli şəxslərin tutulması görüntülərini əks etdirən əməliyyat çəkilişlərinə istinadən xəbər verir.


Belə ki, Neftçalanın Qoltuq qəsəbəsindəki Eynullayev küçəsindəki təsərrüfatın İsmayıl Vəliyevə məxsus olduğu bildirilir.


Bundan başqa, DTX-nin əməliyyat çəkilişlərində Neftçaladakı böyük bazarın və beton zavodunun da İsmayıl Vəliyevə məxsus olduğu bildirilir.


Xatırladaq ki, DTX-nin keçirdiyi əməliyyatla İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, icra başçısının digər müavini Gültəkin Sadıqova, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov saxlanılıblar.


İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə maddələri ilə təqsirli bilinirlər.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Dövlət Departamenti Qubadoğlunun həbsinə münasibət bildirib - VİDEO
Siyasət 16:46
ABŞ Dövlət Departamenti Qubadoğlunun həbsinə münasibət bildirib - VİDEO
Sülhməramlıların himayəsində olan ermənilər Qarabağa qanunsuz silah aparır -  VİDEO
Siyasət 13:50
Sülhməramlıların himayəsində olan ermənilər Qarabağa qanunsuz silah aparır - VİDEO
İlham Əliyev  Rəsulzadə, Elçibəy ideyalarını  gerçəkləşdirir - Millət vəkili- VİDEO
Siyasət 17:59
İlham Əliyev Rəsulzadə, Elçibəy ideyalarını gerçəkləşdirir - Millət vəkili- VİDEO
Gürcü kapitan Rusiya gəmisinə
Siyasət 13:17
Gürcü kapitan Rusiya gəmisinə "Buradan sürüş, Yaşasın Ukrayna!" dedi...-VİDEO
Prezident Polad Həşimovun qızı ilə danışarkən kədərləndi - VIDEO
Siyasət 22:49
Prezident Polad Həşimovun qızı ilə danışarkən kədərləndi - VIDEO
Polad Həşimovun anası əsgərlərin önündə çıxış etdi - VİDEO
Siyasət 10:40
Polad Həşimovun anası əsgərlərin önündə çıxış etdi - VİDEO
Türkiyə xüsusi təyinatlıları Laçını tərk etdi - VIDEO
Siyasət 15:40
Türkiyə xüsusi təyinatlıları Laçını tərk etdi - VIDEO
Rusiya vətəndaşı olan Ermənistan əsgəri saxlanılıb - VİDEO
Siyasət 12:39
Rusiya vətəndaşı olan Ermənistan əsgəri saxlanılıb - VİDEO
Füzuli rayonunun Arış kəndindən  VİDEO
Siyasət 11:21
Füzuli rayonunun Arış kəndindən VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol