• $ 1.7
  • € 2.0052
  • ₽ 0.022154
  • ₺ 0.039
  • £ 2.3052

Erməninin öldürdüyü həmyerlimizin dayısı bunu etdi – FOTOLAR – TƏFƏRRÜAT

Erməninin öldürdüyü həmyerlimizin dayısı bunu etdi – FOTOLAR – TƏFƏRRÜAT
28.05.2020 23:05
Qazaxıstanın paytaxtı Nur-sultan şəhərində erməni tərəfindən öldürülən azərbaycanlı Etibar Ümidvar oğlu Teymurovun fotoları yayılıb.
Anews.az KONKRET.az-a istinadən xəbər verir ki, o, Azərbaycan diasporunun tanınmış üzvlərindən biri olan Haşım Ağayevin bacısı oğludur.
Hadisənin şahidləri bildirirlər ki, Etibar "İris” kafesinin qarşısında Petrosla mübahisə edən əmisi oğlu Turala, qazax və kürd milliyyətindən olan dostuna yardım edərkən erməni tərəfindən gözlənilmədən ürək nahiyəsindən bıçaqlanıb. Hadisə barədə onun dayısı Haşım Ağayevə təcili məlumat daxil olub. Azərbaycan diasporunun fəal üzvü kafeyə gələrək ermənini şiddətlə döyüb. Ancaq hadisə yerində olan polislər onu sakitləşdirə biliblər.
Qətllə bağlı cinayət işi açılıb. Petros hazırda həbs edilib. Millətlərarası münaqişənin yaranmaması üçün şəhərin hüquq-mühafizə orqanları ciddi tədbirlər həyata keçirir.
İlkin məlumatlara görə, ermənilərlə azərbaycanlılar arasındakı qarşıdurmada xəsarət alan Etibarın əmisi oğlu Turalın və digər şəxslərin vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, qətlə yetirilən Etibar Ümidvar oğlu Teymurov Qazaxıstan vətəndaşıdır.
Hadisə Azərbaycanın Qazaxıstandakı səfirliyinin diqqət mərkəzindədir.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Cəmiyyət 12:51
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib -  FOTOLAR
Cəmiyyət 17:37
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib - FOTOLAR
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Cəmiyyət 15:10
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Cəmiyyət 10:42
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Cəmiyyət 16:26
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Cəmiyyət 13:25
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Cəmiyyət 17:34
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Cəmiyyət 22:30
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Cəmiyyət 18:35
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol