• $
  • £

“Nar”dan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə

“Nar”dan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə
23.03.2020 17:32

"Nar” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna yarım milyon manat vəsait ianə edib. Fondun məqsədi koronavirus ("COVID-19”) infeksiyasının geniş yayılmasının qarşısının alınması, ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xüsusi rejimli tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə dəstək olmaqdır.

Qlobal pandemiya ilə mübarizəyə qoşulan "Nar”, Azərbaycanda koronavirusun yayılmasının qarşısını almağa çalışan tibb personalını, o cümlədən, xüsusi rejimli xəstəxanalarda nəzarətdə olan şəxsləri pulsuz mobil rabitə ilə təmin edib. TƏBİB ilə bərabər "Nar” ölkə ərazisində epidemiya ilə mübarizə aparan karantin xəstəxanalarına və tibb mərkəzlərinə 50 AZN dəyərində "Nar” ödəmə kartlarının paylanmasını təşkil edib.

Bundan əlavə, "Nar” ölkədə koronavirus əleyhinə aparılan fəaliyyətə dəstək olmaq üçün TƏBİB-in 1542 qaynar xətt nömrəsinə zəngləri tamamilə ödənişsiz edib. Eyni zamanda, Nar abunəçiləri bütün sorğularla bağlı evdən çıxmadan "Nar+” mobil tətbiqetməsindən və mobil operatorun rəsmi sosial media səhifələrindən dəstək ala, həmçinin gücləndirilmiş rejimdə fəaliyyət göstərən 777 Çağrı Mərkəzinin xidmətlərindən yararlana bilərlər.

"Nar” hər kəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə və çağırışlarına dəstək olmağa, koronavirusla mübarizə üçün imkanlarını səfərbər etməyə çağırır.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və ən geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyon abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
İqtisadiyyat 14:48
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Orta illik inflyasiya martda dəyişməyib
İqtisadiyyat 14:15
Orta illik inflyasiya martda dəyişməyib

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 14:10
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
İqtisadiyyat 14:02
Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
İqtisadiyyat 13:30
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
İqtisadiyyat 12:56
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
İqtisadiyyat 12:32
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
İqtisadiyyat 11:57
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
İqtisadiyyat 11:40
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol