• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Azərbaycanda daha 6 nəfər koronavirusa yoluxdu, ölən var

Azərbaycanda daha 6 nəfər koronavirusa yoluxdu, ölən var
29.05.2020 05:39
Azərbaycan Respublikasında 6 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı aşkarlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report”a verilən məlumata görə, qeyd olunan şəxslərdən 1 nəfər Azərbaycan Respublikası vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edib. Eyni zamanda şəkərli diabet və ürəyin işemik xəstəliyi olan pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Həkimlərin səyinə baxmayaraq, xəstənin vəziyyətinin kəskinləşməsi səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb və pasiyent xəstəxanaya daxil olduğu gün vəfat edib. Xəstənin ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilmiş və karantinə götürülüblər.
Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
Ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2 914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir.
Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydalarına əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan olunub, bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilir. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.
Hazırda koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bu səbəbdən vətəndaşlarımızı bir daha gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.
Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fond heyvanları da sığortalayacaq
Cəmiyyət 15:54
Fond heyvanları da sığortalayacaq
Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Cəmiyyət 15:47
Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
İpoteka kreditindən yararlananların 67%-i gənclərdir - Fond
Cəmiyyət 15:04
İpoteka kreditindən yararlananların 67%-i gənclərdir - Fond
Rusiyadan telefonla Azərbaycan saytlarına girmək mümkün olmur
Cəmiyyət 14:23
Rusiyadan telefonla Azərbaycan saytlarına girmək mümkün olmur
Dövlət qurumlarına qarşı 6 ayda 504 kiberhücum cəhdi qeydə alınıb
Cəmiyyət 12:46
Dövlət qurumlarına qarşı 6 ayda 504 kiberhücum cəhdi qeydə alınıb
Bəzi rayonlara yağış yağıb, külək güclənib
Cəmiyyət 12:20
Bəzi rayonlara yağış yağıb, külək güclənib
Həftəsonu 41 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək
Cəmiyyət 11:10
Həftəsonu 41 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək
Sevilyada İnkişafın Maliyyələşdirilməsi üzrə Qlobal Konfransı Azərbaycan təşviq edib
Cəmiyyət 11:03
Sevilyada İnkişafın Maliyyələşdirilməsi üzrə Qlobal Konfransı Azərbaycan təşviq edib
“İrəvan xanlığının mətbəxi” kitabı ingilis dilində təqdim olunub
Cəmiyyət 11:00
“İrəvan xanlığının mətbəxi” kitabı ingilis dilində təqdim olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol