• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Ədliyyə Nazirliyi: 200 məhkum azadlığa buraxılıb

Ədliyyə Nazirliyi: 200 məhkum azadlığa buraxılıb
26.03.2020 19:00
Məhkumların hüquqlarının qorunması məqsədilə növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb.

Ölkəmizdə qlobal pandemiyanın qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən zəruri qabaqlayıcı tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir.

Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən "R"a verilən məlumata görə, penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçərək, məhkum və təqsirləndirilən şəxslərin yaxınları ilə görüşləri və sovqatların ötürülməsi məhdudlaşdırılıb, bütün əməkdaşların və məhbusların sağlamlığı daim nəzarətdə saxlanılmaqla gündəlik tibbi müayinəsi, termometriyası aparılır. Hazırda onların səhhəti normaldır və heç bir ciddi xəstəlik müəyyən edilməyib.

Bu sahədə vəziyyət nazirliyin aidiyyəti məsul işçilərindən və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət monitorinq qrupu tərəfindən mütəmadi öyrənilir, habelə məhkum və həbs olunmuş şəxslərin qidalanmasına, ərzaqla təminatına, onların çeşidinə və keyfiyyətinə gündəlik nəzarət olunur.

Eyni zamanda, dövlətimizin humanizm siyasətinin təzahürü olaraq məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi diqqətdə saxlanılaraq bu məqsədlə yaradılmış nazirliyin xüsusi Komissiyası bayram günlərində də fəaliyyətini davam etdirib, video-konfrans vasitəsilə virtual qaydada keçirilən iclaslarda məhkumların işləri öyrənilib, özləri ilə söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar dərhal məhkəməyə təqdim olunub.

Məhkumların hüquqlarının qorunması məqsədilə növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb.
Bayram günlərində öz ailələrinə qovuşan məhkumlar və onların yaxınları tərəfindən bu humanist institutun tətbiqi böyük sevinclə və dövlətə minnətdarlıq hissi ilə qarşılanıb. Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DMX-dən müraciət: Bu şəxslər 31 iyula kimi ölkəni tərk etməlidir
Cəmiyyət 15:40
DMX-dən müraciət: Bu şəxslər 31 iyula kimi ölkəni tərk etməlidir
DİN-dən əməliyyat - Rusiya vətəndaşları saxlanılıb
Cəmiyyət 15:36
DİN-dən əməliyyat - Rusiya vətəndaşları saxlanılıb
60% müəllim imtahandan kəsilib - RƏSMİ
Cəmiyyət 15:06
60% müəllim imtahandan kəsilib - RƏSMİ
“Sputnik Azərbaycan” ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb, 2 nəfər həbs edilib – mənbə
Cəmiyyət 14:48
“Sputnik Azərbaycan” ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb, 2 nəfər həbs edilib – mənbə
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Cəmiyyət 12:57
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Sabah yağış gözlənilir - Hava proqnozu
Cəmiyyət 12:16
Sabah yağış gözlənilir - Hava proqnozu
Rusiya polisi tərəfindən saxlanılan azərbaycanlılar döyülərək öldürülüb – ekspertiza
Cəmiyyət 11:57
Rusiya polisi tərəfindən saxlanılan azərbaycanlılar döyülərək öldürülüb – ekspertiza
Ötən ay 13 nəfər dövlət sərhədini pozarkən saxlanılıb
Cəmiyyət 11:41
Ötən ay 13 nəfər dövlət sərhədini pozarkən saxlanılıb
Yekaterinburqda öldürülən azərbaycanlı qardaşlar dəfn edilib
Cəmiyyət 11:08
Yekaterinburqda öldürülən azərbaycanlı qardaşlar dəfn edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol