• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Xalq artistinin qızı və kürəkəni karantinə yerləşdirildi

Xalq artistinin qızı və kürəkəni karantinə yerləşdirildi
26.03.2020 19:08
"Olduqca təhlükəli və faciəvi vəziyyətdir. Bizimkilər başa düşmürlər, küçədə-bayırda gəzirlər, Bulvara çıxırlar, hansı bəla ilə üz-üzə qaldığımızı hələ dərk etmirlər”.

Anews.az bildirir ki, bunu APA-ya açıqlamasında Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib.

F. Bədəlbəyli bildirib ki, İtaliyadan dostları var, onlarla danışır: "Mənə deyirlər ki, ölkələrində vəziyyət pisdir. Nəyə görə? Çünki ital
iyalılar bir az bizə oxşayırlar. Çindəki kimi qayda-qanun, dəmir yumruq İtaliyada yoxdur. Çində hər şeyi ordu həll edirdi, İtaliyada isə belə deyildi. Restoranlar, kinoteatrlar, barlar açıq idi. Camaat axşamlar küçəyə tökülüşürdü. Ona görə orda indi faciə yaşanır. İtalyalı dostlarım mənə tapşırırlar ki, siz bizim problemləri təkrar etməyin, insanları başa salın ki, bu çox böyük təhlükədir, ehtiyatlı olun, qoyulan qaydalara əməl edin”.

F. Bədəlbəyli ABŞ-dan qayıdan qızı və kürəkəninin hazırda karantində olduğunu vurğulayıb: "Mən onların karantinə alınmamaları üçün heç bir şey etmədim. Qoy nə qədər lazımdır karantində otursunlar. Burda tanış, hörmət filan keçmir. Nə lazımdır, o da olmalıdır, başqa cür ola bilməz”.

Xalq artisti koronavirus pandemiyası ilə mübarizənin müharibəyə bənzədiyini diqqətə çatdırıb: "Bu, müharibədir. Ermənistan kimi virusun biri az idi, indi də koronavirus çıxıb. Bəlkə bu, ondan da təhlükəlidir. Ona görə mən hamıya deyirəm, bir az özünüzə gəlin. Nə qədər restoran olar, nə qədər kef olar, nə qədər qonaqlığa getmək olar? Bəsdir! Bir az ciddilik lazımdır. Ölkə çox çətin vəziyyətdədir. Dövlət hər şey edir. Qocalardan kim təkdir ərzaq göndərəcəklər, könüllülər yaxşı işləyəcəklər. Bizdə bu sistem çox yaxşı qurulub. Ona görə mən hamıya deyirəm, çölə çıxmayın, evdə oturun. O qədər kitab var, oxusunlar, internet var, sosial şəbəkələr, filmlər, seriallar var. Evdə qalıb vaxt keçirmək üçün hər cür vasitə var. Yenə də deyirəm, bu çox ciddi məsələdir. Mənə italiyalı dostlarım da deyirlər, siz orda hamıya başa salın ki, vəziyyət çox ciddidir”.

Rektor koronavirusla mübarizə çərçivəsində Bakı Musiqi Akademiyasının hazırladığı layihə barədə də məlumat verib: "Bizim Akademiyanın tələbələri, müəllimləri, məzunları, aspirantları – hər kəs evdən bir musiqi parçası ifa edir və bu musiqi parçası Bakı Musiqi Akademiyasının saytında yerləşdirilir. Biz də heç olmasa bu karantin günlərində insanlarımıza musiqi hədiyyə edərək kömək etməyə çalışırıq. Əlimizdən başqa nə gəlir? Camaatın könlünü almaq lazımdır. Qoy, hər kəs öz sahəsində əlindən nə gəlirsə, eləsin. Yalnız möhkəm olaq. Bizdən evdə oturmaq tələb olunur, bəs bizim əsgərlərimiz neyləsinlər? Ön cəbhədə düşmənlə üzbəüz dayanırlar. Biz heç olmasa rahat evdə otururuq, hər şeyimiz var. Bir az fikirləşmək lazımdır ki, biz müharibə aparırıq. Bu ikinci cəbhədir, bunu unutmamalıyıq”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Azərsun Holdinq” təhsil müəssisələri ilə əməkdaşlıq görüşü keçirib
Cəmiyyət 21:47
"Azərsun Holdinq” təhsil müəssisələri ilə əməkdaşlıq görüşü keçirib
Hacı Murad Yengizarovun nəşi sabah vətənə gətiriləcək
Cəmiyyət 19:49
Hacı Murad Yengizarovun nəşi sabah vətənə gətiriləcək
Gəncədə mikroavtobus və minik avtomobili toqquşub, xəsarət alanlar var
Cəmiyyət 19:20
Gəncədə mikroavtobus və minik avtomobili toqquşub, xəsarət alanlar var
37 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Cəmiyyət 18:50
37 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - Video
Cəmiyyət 18:02
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - Video
Azərbaycanda dənizdə boğulanları robotlar xilas edəcək - MÜSAHİBƏ
Cəmiyyət 17:55
Azərbaycanda dənizdə boğulanları robotlar xilas edəcək - MÜSAHİBƏ
Növbəti iki gün yağış yağacaq -XƏBƏRDARLIQ
Cəmiyyət 17:43
Növbəti iki gün yağış yağacaq -XƏBƏRDARLIQ
Kirayə mənzil mexanizmindən faydalanan ailələrin sayı 8 mini ötüb
Cəmiyyət 17:40
Kirayə mənzil mexanizmindən faydalanan ailələrin sayı 8 mini ötüb
Hüquq müdafiəçiləri TƏBİB-dən Oqtay Gülalıyev üçün dərmanların vaxtında çatdırılmasını xahiş edib
Cəmiyyət 16:53
Hüquq müdafiəçiləri TƏBİB-dən Oqtay Gülalıyev üçün dərmanların vaxtında çatdırılmasını xahiş edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol