• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

"Əgər idxal zəifləsə və ya dayansa, ölkədə aclıq yarana bilər" - Ekspert

08.04.2020 17:25
Koronavirus pandemiyası dövründə bir çox ölkələr daxili bazarlarda ərzaq ehtiyatını artırmaq üçün, ərzaq və kənd təsərrüfatı məhsullarının ixracında məhdudiyyətlər tətbiq edib. Bu da daxili bazarlarının təlabatının əsas hissəsi idxaldan asılı olan ölkələrdə ciddi problemlər yarada bilər. Bu günlərdə Rusiya və Qazaxıstan da un məhsullarının ixracına məhdudiyyət tətbiq edib. Bəs bu əsas idxalçı ölkə kimi Azərbaycanda hansı problemlər yarada bilər? Azərbaycanın ərzaq təhlükəsizliyi hansı səviyyədədir?

Məsələ ilə bağlı, iqtisadçı ekspert Vahid Məhərrəmli ilə danışdıq.



 
"Azərbaycan Rusiyadan və Qazaxstandan ərzaq buğdası idxal edirdi, artıq Rusiya və Qazaxıstan bir neçə gün əvvəl elan etdi ki, onlar ərzaq buğdasının idxalına məhdudiyyət qoyurlar. Biz daha çox Rusiyadan idxal edirdik, təxminən idxal olunan buğdanın 85%-i Rusiyadan idi, ancaq indi Rusiya 7 milyon ton ərzaq buğdasının ixracına məhdudiyyət qoyub. Eyni zamanda yaranmış vəziyyət ərzaq buğdasının qiymətini kəskin şəkildə artırıb. Bu da Azərbaycan üçün ciddi problem yaradacaq. Çünki Azərbaycan ötən il istehlak etdiyi buğdanın 69.5%-ni xaricdən idxal edib”, - deyə ekspert bildirib.

Vahid Məhərrəmov deyir ki, əgər Rusiya və Qazaxıstan kimi Azərbaycanın daha çox idxal əməliyyatı keçirdiyi ölkələr hamısı qərar versə ki, ixraca məhdudiyyət qoysunlar, Azərbaycanda aclıq yarana bilər.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq normalar çərçivəsinində özünün ərzaq tələbatını heç bir sahə üzrə təmin edə bilmir.

"Azərbaycanda ət norması 76 kq-dır, amma hətta idxal olunan ətlə birlikdə bu 36 kq təmin edilə bilir. Kartofnan bağlı bizim istehsalımız adambaşına 120-125 kq olmalıdır, amma 85-90 kq təmin edilir. Təsəvvür edirsiniz, bu norma heç idxalla da birlikdə ödənmir. Hətta ötən il, idxal olunan kartofun bir hissəsi toxum kimi istifadə olunub, bir hissəsi xarab olduğu üçün atılıb və adambaşına istehlak olunan kartof normanın 55%-i qədər olub”, - deyə Vahid Məhərrəmli bildirib.

Ekspert ümumilikdə əlavə edib ki, bizim ərzaq ehtiyyatımız o qədər deyil ki, bir müddətlik də olsa, əhalinin ərzaq məhsullarına olan təlabatını ödəyə bilək.

Onun sözlərinə görə, əgər idxal zəifləsə və ya dayansa, ölkədə qıtlıq yaranacaq və qiymət artımı olacaq.

"Bu dəqiqə anbarlarda o qədər məhsul yoxdur ki, ölkənin tələbatını bir müddətlik də olsa ödəyə bilsinlər. Beynəlxalq normalar var ki, əgər ölkə özünün daxili təlabatını ödəmək istəyirsə, daxili bazarın ən aşağısı 80%-i yerli istehsal olmalıdır. Odur ki,  idxal zəifləsə, ölkə ciddi problemlər yaşayacaq”, - deyə Vahid Məhərrəmli bildirib.

İqtisadiyyat Nazirliyindən isə dedilər ki, hazırda ölkədə 4-5 aylıq ərzaqlıq buğda ehtiyatı var və bu dəyirmanların tələbatını tam ödəmək üçün yetərlidir. "Biz
 
Rusiya və Qazaxstandan un idxal etmirik. Bir daha qeyd edirik ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün sahibkarlar və dövlət tərəfindən zəruri tədbirlər görülmüş və hazırda kifayət qədər ehtiyat mövcuddur", - deyə nazirlikdən bildirdilər. 
 

Həzi




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
İqtisadiyyat 21:22
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
İqtisadiyyat 18:10
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
İqtisadiyyat 07:34
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
Azərbaycanda neft hasilatı 4,8% azalıb
İqtisadiyyat 18:24
Azərbaycanda neft hasilatı 4,8% azalıb
BP Azərbaycanda qaz hasilatını artırıb
İqtisadiyyat 15:03
BP Azərbaycanda qaz hasilatını artırıb
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
İqtisadiyyat 20:37
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol