• $ 1.7
  • € 2.0165
  • ₽ 0.021985
  • ₺ 0.039
  • £ 2.3162

Azərbaycanda tibb işçilərinin maaşlarının ödənilməsində problem olub? - TƏBİB aydınlıq gətirdi

Azərbaycanda tibb işçilərinin maaşlarının ödənilməsində problem olub? - TƏBİB aydınlıq gətirdi
10.04.2020 13:10
Ölkə ərazisində koronavirus pandemiyasının sürətlə yayılmasının qarşısını almaq məqsədilə məhdudlaşdırıcı tədbirlər həyata keçirilib. Bu məqsədlə kütləvi tədbirlər ləğv edilib, insanların sıx toplaşdığı sosial-mədəni obyektlərin, restoran və kafelərin fəaliyyəti müvəqqəti dayandırılıb.

Paralel olaraq səhiyyə sistemi, eləcə də bir çox həyati əhəmiyyətli sahələr fəaliyyətinə gücləndirilimiş iş rejimində davam edir.

Tibb işçilərinin mart ayında aldıqları maaşlarından müəyyən məbləğdə kəsilmələr olduğuna dair sosial şəbəkədə məlumatlar yayılıb.
Oxu.Az xəbər verir ki, həmin məlumatlarda bu faktların əsasən, Sumqayıt Şəhər Təcili Yardım, şəhərin Səhiyyə Şöbəsi, eləcə də paytaxtda fəaliyyət göstərən Əbülfəz Qarayev adına 2 nömrəli Uşaq Kliniki Xəstəxanasında olduğu iddia edilib.

Mövcud vəziyyətlə bağlı ən çox risk qarşısında qalaraq, vətəndaşlara xidmət edən məhz tibb işçiləri olduğundan bu məlumatlar cəmiyyətdə müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Oxu.Az "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) sorğu ünvanlayıb.

Birliyin Mətbuat Xidmətinin rəhbəri Rəvanə Əliyeva sorğuya cavab olaraq bildirib ki, mövzu ilə əlaqədar aparılan araşdırma artıq yekunlaşıb:

"TƏBİB rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb və dərhal araşdırma başladılıb. Məsələdə sözügedən tibb müəssisələri ilə danışıqlar aparılıb. Bütün rəsmi sənədlər yoxlanılıb. Rəsmi şəkildə heç bir tibb işçisinin maaşından tutulma faktı aşkar olunmayıb. Araşdırmanın yekun nəticəsi barədə də müvafiq orqanlara məlumat verilib”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aeroport şosesində sürət həddi endirilib - Yenilənib
Cəmiyyət 00:27
Aeroport şosesində sürət həddi endirilib - Yenilənib
Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralananlar var
Cəmiyyət 23:30
Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralananlar var
"ARB" kanalının yayımı 24 saatlıq dayandırılacaq
Cəmiyyət 20:30
"ARB" kanalının yayımı 24 saatlıq dayandırılacaq
Bakıda daha bir narkokuryer saxlanılıb - Video
Cəmiyyət 19:00
Bakıda daha bir narkokuryer saxlanılıb - Video
Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru işdən çıxarılıb
Cəmiyyət 18:25
Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru işdən çıxarılıb
Bakı aeroportu sərnişinlərə alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib
Cəmiyyət 17:44
Bakı aeroportu sərnişinlərə alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib
ABŞ-dən Azərbaycana turist axını artıb
Cəmiyyət 17:33
ABŞ-dən Azərbaycana turist axını artıb
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
Cəmiyyət 16:50
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
Ata Abdullayev azadlığa çıxıb
Cəmiyyət 16:09
Ata Abdullayev azadlığa çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol