• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

“Net Group” şirkəti 65 yaşdan yuxarı tənha insanlara dəstək olacaq

“Net Group” şirkəti 65 yaşdan yuxarı tənha insanlara dəstək olacaq
14.04.2020 14:38
Dünyada koronavirus pandemiyasının yayılması hər bir təşkilatı və qurumu bu virusla mübarizə yollarının axtarmasına, həmçinin texnoloji həllərin yaratmasına sövq edir. Dövlətimizin başçısının müvafiq Fərmanı ilə ölkəmizdə bu bəlaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və bütün cəmiyyətimizin Prezidentin təşəbbüsünə dəstək verməsi xalqın həmrəyliyinin və dövlətinə inamının ifadəsidir. Bu barədə "Report”a şirkətdən məlumat verilib.

Bildirilib ki, Evdeqal.net layihəsi "Premium Bank"ın sponsorluğu ilə "Net Group” şirkəti tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial yardım tövsiyyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunmuş xüsusi karantin rejimində 65 yaşdan yuxarı tənha yaşayan insanların zəruri ehtiyaclarının təmin olunmasına dəstək olaraq hazırlanıb istifadəyə verilib.

Layihənin məqsədi ölkəmizdə əvəzsiz bir sosial fəaliyyətin təşkilinə dəstək olmaq və heç bir maddi qazanc güdmədən ehtiyacı olanlara yardım etmək, sevinc hisslərinin yaranmasına səbəb olmaqdır.

"Qeyd edək ki, könüllü sıralarına qoşulmaq istəyən hər bir insanı layihəmizdə qeydiyyatdan keçməyə dəvət edirik. Birlikdə bütün çətinliklərin öhdəsindən gələcəyik. Könüllülər zəruri malların və dərmanların alınmasında yardım göstərəcəklər, kuryerlərimiz isə ünvanlara çatdırmaları həyata keçirəcəklər. Bu layihədə iştiraka görə ayrıca təşəkkürümüzü "RAHAT” supermarketlər şəbəkəsinə bildiririk.

Sosial dəstəyə ehtiyacı olanlara qayğı və hörmət göstərmək hər birimizin borcudur!", - məlumatda bildirilir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol