• $ 1.7
  • € 1.9654
  • ₽ 0.021656
  • ₺ 0.0432
  • £ 2.3075

Paşinyan canlı yayımda rüsvay oldu – VİDEO

Paşinyan canlı yayımda rüsvay oldu – VİDEO
28.05.2020 23:15
Ermənistanda Baş nazir Nikol Paşinyanla bağlı maraqlı videoçarx ortaya çıxıb və dərhal da geniş yayılıb. Videoçarx Paşinyanın canlı efirdən xalqa müraciətindən öncə məşq etdiyi zaman çəkilmiş 15 dəqiqəlik texniki kadrlardan ibarətdir.
Qazet.az xəbər verir ki, həmin texniki kadrları İctimai Telekanalın məqsədli şəkildə, yəni "məxməri” baş naziri gözdən salmaq üçün yaydığı deyilir. Qeyd edək ki, telekanalın icraçı direktoru Marqarita Qriqoryan neçə vaxtdır Nikol Paşinyanla münaqişədədir.
İctimai TV-nin yaydığı materialda N.Paşinyan dəfələrlə öskürür, çıxışını məşq edir, butulkadan nəsə içir, həb qəbul edir və çəkiliş qrupunun üzvləri ilə söhbət edir. İnternet istifadəçiləri isə bu kadrlara musiqi və koronavirus görüntüləri əlavə edərək, baş nazirin özünün infeksiyanı yaydığı görüntüsü yaradıblar.
Texniki kadrların görüntülənməsi siyasi qalmaqala səbəb olub. Nikol Paşinyanın mətbuat katibi Mane Qriqoryan İctimai Telekanalın baş direktoruna müraciət edərək ondan "adekvat izahat” tələb edib. "Bu kadrlar efir üçün deyil”, – deyə o, etirazını bildirib və qeyd edib ki, Baş nazirin Aparatının canlı efirin 15 dəqiqə tez başlaması haqda öncədən məlumatlı olmayıb.
"Bu yaramaz əməl onu sübut edir ki, Baş nazir hətta texniki baxımdan olsa belə, artıq efirdə olduğu haqda məlumatlandırılmayıb. Baş nazirin aparatı texniki məşqlə bağlı kadrların üzə çıxması ilə bağlı adekvat izahat gözləyir”, – Mane Qriqoryan əlavə edib.
Ermənistan rəhbərinə yaxın telekanallar və KİV-lər isə hesab edir ki, bu vəziyyətdə qalmaqalın yeganə məntiqi sonluğu İctimai TV-nin rəhbərliyinin, özəlliklə də onun icraçı direktoru Marqarita Qriqoryanın istefası ola bilər. O da bildirilir ki, icraçı direktor uzun illər eks-prezident Serj Sərksiyana sədaqətlə qulluq edib və belə görünür ki, hələ də qulluq göstərməyə davam edir.
Bir şey aydındır: Ermənistandaxili siyasi çəkişmələr indi həm də hökumətin Erməni Apostol Kilsəsi ilə və bu günlərdə sabiq prezident Robert Köçəryana azadlıq istəyən katolikosla açıq konfrontasiyaya girdiyi zamana təsadüf edir. Belə bir məqamda Paşinyana qarşı mərkəzi dövlət televiziyasında özünü göstərən birbaşa təxribatlar baş nazirin proseslərə təsirinin zəifləməsi və ölkədəki situasiyaya getdikcə nəzarəti daha çox itirməsi kimi qiymətləndirilir.
 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənilər Paşinyanın istefasını tələb edirlər -VİDEO
Dünya 14:05
Ermənilər Paşinyanın istefasını tələb edirlər -VİDEO
İstanbulun mərkəzində atışma: Çox sayda insan yaralanıb - VİDEO
Dünya 13:15
İstanbulun mərkəzində atışma: Çox sayda insan yaralanıb - VİDEO
Bu şəxsə hücum anının yeni görüntüləri - VİDEO
Dünya 08:36
Bu şəxsə hücum anının yeni görüntüləri - VİDEO
Rusiya bu əraziyə fosfor bombaları atıb  - VİDEO
Dünya 08:20
Rusiya bu əraziyə fosfor bombaları atıb - VİDEO
Gürcü və Azərbaycan xalqlarının Kürmükoba bayramından GÖRÜNTÜLƏR - VİDEO
Dünya 21:21
Gürcü və Azərbaycan xalqlarının Kürmükoba bayramından GÖRÜNTÜLƏR - VİDEO
Ukraynalı əsgərdən sahibsiz itə YARDIM- VİDEO
Dünya 17:39
Ukraynalı əsgərdən sahibsiz itə YARDIM- VİDEO
Zelenskinin yaralı qız ilə dialoqu -
Dünya 12:03
Zelenskinin yaralı qız ilə dialoqu - "Biz "Tik-tok"u işğal etmişik" - VİDEO
Zelenskiy yaralı əsgərlərə medallarını vermək üçün baş çəkib - VİDEO
Dünya 16:36
Zelenskiy yaralı əsgərlərə medallarını vermək üçün baş çəkib - VİDEO
Hansı şirkətlər Rusiyadan gedib?
Dünya 23:47
Hansı şirkətlər Rusiyadan gedib?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol