• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Karantin müddətində icazələrlə bağlı YENİLİK

Karantin müddətində icazələrlə bağlı YENİLİK
20.04.2020 10:47
Vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək şəffaf və operativ xidmət göstərən "myGov” elektron hökumət portalına xüsusi karantin rejimi zamanı fəaliyyət üçün təsdiqlənmiş icazələr inteqrasiya edilib.  Belə ki, vətəndaşlar "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə mövcud icazələrinin statusuna "myGov” portalında baxa bilərlər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyindən Anews.az-a verilən məlumata görə, bunun üçün vətəndaş "myGov” portalına daxil olaraq öz şəxsi kabinetində "Məlumatlarım” bölməsini seçir, açılan pəncərədə "İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış”ın üzərinə sıxılır. Burada vətəndaş öz icazəsinə baxa və ya "yüklə” düyməsinə sıxaraq elektron formasını kompüterinə və ya telefonuna yükləyə bilər. 
 
Alternativ olaraq portalın "Bütün xidmətlər” bölməsində "Qurumlar üzrə” alt bölməsinə keçid edərək açılan siyahıdan  "Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”ni seçmək olar. Açılan pəncərədə "İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış” seçimini edərək yenə icazə haqqında arayışı əldə etmək mümkündür.
 
"myGov” portalına əlavə olunan yeni funksionallıqdan biri də vətəndaşa icaze.e-gov.az portalı üzərindən verilən icazə statusu ilə bağlı onun  şəxsi kabinetinə bildirişin gəlməsidir.
 
Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən icazələrin "myGov” platformasına inteqrasiya edilməsi vətəndaşların işini xeyli asanlaşdırmış olur. Belə ki, icazə.e-gov.az portalında verilən və ləğv edilən icazələr haqqında vətəndaşların çoxu məlumatsız olurdu. Artıq vətəndaş özü olduğu yerdən və istənilən vaxtda "myGov” portalına daxil olaraq icazə arayışını yoxlaya bilər.
 
"myGov" portalına giriş "ASAN Login” sistemi üzərindən 4 üsulla həyata keçirilir. Sistemə giriş üsulları ilə mygov.az portalının "Ana səhifə”sində yerləşdirilmiş videotəlimatda tanış olmaq mümkündür.
 
Videotəlimata keçid: https://www.youtube.com/watch?v=aqcALD1jT7k&feature=youtu.be
 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən "myGov” portalında hər bir vətəndaş öz şəxsi kabineti üzərindən "eAgro”, "eSatınalma", "Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, "ASAN ödəniş”, "eSosial”, "eHərrac”, Azərbaycan Dövlət Reklam Agentliyinin "İcazələr” sisteminə daxil ola bilir. Portala inteqrasiya olunmuş sistemlərlə birgə vətəndaşlara şəxsi kabinetləri üzərindən 710 elektron xidmətə çıxış təmin olunub. Bundan başqa "myGov”da vətəndaşlara ilkin olaraq 17 növ bildiriş xidməti də göstərilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
11:57
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
16:00
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
14:21
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
20:04
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
11:19
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
17:17
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
14:57
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
13:01
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir  - SORĞU
09:54
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir - SORĞU
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol