• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Azercell “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” nin təşkilinə dəstək verib

Azercell  “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi  Sistemi” nin təşkilinə dəstək verib
22.04.2020 13:36
Ölkənin lider mobil operatoru Azercell koronovirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərə töhvə verməkdə davam edir. Şirkət bu dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyinin birgə ərsəyə gətirdiyi "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” çərçivəsində vətəndaşların sorğularının operativ cavablandırmasına dəstək olub.
 
Müştərilərinin rahatlığını hər zaman prioritet hesab edən Azercell, qısa müddət ərzində abunəçiləri üçün SMS icazə sistemini aktiv edib. Beləliklə, Azercell abunəçiləri 8103 nömrəsi vasitəsilə bu xidmətdən odənişsiz yararlana bilirlər. Xatırladaq ki, tətbiq edilən sosial izolyasiya tədbirlərilə əlaqədar, vətəndaşlar yaşayış yerlərini tərk etmək üçün 8103 nömrəsinə icazənin məqsədini bildirən xüsusi kodu, şəxsiyyət vəsiqələrinin seriya və nömrəsini göndərməlidir.
 
SMS icazə sisteminin istifadəyə verildiyi ilk günlərin həm vətəndaşlar, həm də Elektron Hökumətin İnkişafı Mərkəzi üçün ən gərgin zaman olduğunu nəzərə alaraq, Azercell-in Telefon Mərkəzi xüsusi iş rejimində çalışıb. Azercell  "ASAN xidmət”in müvafiq sisteminə (9108) dəstək göstərərək SMS icazə sistemindən istifadə qaydaları ilə əlaqədar daxil olan zəngləri və sualları operativ şəkildə cavablandırıb. Həmçinin xidmətdən istifadə zamanı yarana biləcək sualları öncədən cavablandırmaq məqsədilə Azercell şirkəti tərəfindən  xüsusi informativ video təlimatlar hazırlanaraq, rəsmi Sosial Media hesablarında paylaşılıb.
 
Bundan əlavə, Azercell Elektron Hökumətin İnkişafı Mərkəzinə Mi-fi cihazları, limitsiz internet paketləri və limitsiz danışıq üçün xüsusi nömrələr hədiyyə etməklə, qurumu kəsintisiz rabitə xidmətləri ilə təmin edib.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir
Cəmiyyət 10:09
XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir
Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 10:00
Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
Özbək ekstrasens Azərbaycandan çıxarıldı
Cəmiyyət 22:58
Özbək ekstrasens Azərbaycandan çıxarıldı
Mingəçevirdə evdən qadın meyiti tapılıb
Cəmiyyət 21:50
Mingəçevirdə evdən qadın meyiti tapılıb
Füzulidə mina partlayıb,ölən var
Cəmiyyət 20:41
Füzulidə mina partlayıb,ölən var
Rusiyadan İrana göndərilən humanitar yardım Azərbaycan sərhədindən yola salınıb - Yenilənib
Cəmiyyət 20:37
Rusiyadan İrana göndərilən humanitar yardım Azərbaycan sərhədindən yola salınıb - Yenilənib
Ramazanın iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:30
Ramazanın iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Cəmiyyət 18:10
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Cəmiyyət 17:27
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol