• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

İlkin Süleymanov ailəsi ilə telefonla danışıb: “Mən durduğum yerdə...” - VİDEO

İlkin Süleymanov ailəsi ilə telefonla danışıb: “Mən durduğum yerdə...” - VİDEO
29.05.2020 11:20
Tovuzun Dondar Quşçu kəndində öldürülüb, yandırılan 10 yaşlı Nərminin qətlində şübhəli bilinən İlkin Süleymanov ilk dəfə valideynləri ilə telefonla danışıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə İlkin Süleymanovun qardaşı  Bəhruz Süleymanov  video çəkərək məlumat yayıb.

O, gözyaşlarını saxlaya bilməyib və qardaşının haqsız yerə həbs olunduğunu iddia edib: "Mən, bu dəqiqə atamgilnən danışdım. Onlar İlkinlə telefon əlaqəsi saxladığını dedilər. 20 apreldə Ombudsman sayəsində telefonla danışığı baş tutub. Hərdən deyirlər kişilər ağlmaz. Amma elə haqsız yerə olan acılar var ki... Dağ-daş da ağlayar bu haqsızlığa!”

Bəhruz Süleymanov gözyaşları içərisində dərdin dözülməz olduğunu və İlkinin  yalnız bir söz dediyini bildirdi: "O, dedi ki, mən durduğum yerdə, heç xəbərim olmadığı hadisədən hal-hazırda əzab çəkirəm. Olan mənə oldu. Ən azından siz öz sağlamlığınızı qoruyun”. 

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. 
Rəsmi məlumata görə, yanvarın 10-da hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat şəhid adlarının verilməsi ilə bağlı normaların dəqiqləşdirilməsini təklif etdi
Cəmiyyət 12:53
Deputat şəhid adlarının verilməsi ilə bağlı normaların dəqiqləşdirilməsini təklif etdi
Ağdama 700-dən çox ailə köçürülüb - Deputat
Cəmiyyət 12:40
Ağdama 700-dən çox ailə köçürülüb - Deputat
Tahir Rzayev: Milli kimliyimizə uyğun olmayan küçə adları dəyişdirilməlidir
Cəmiyyət 12:32
Tahir Rzayev: Milli kimliyimizə uyğun olmayan küçə adları dəyişdirilməlidir
Regional məsələlər komitəsi 2025-ci ildə 9 iclas keçirib, 2 mindən çox müraciətə baxılıb
Cəmiyyət 12:17
Regional məsələlər komitəsi 2025-ci ildə 9 iclas keçirib, 2 mindən çox müraciətə baxılıb
Azərbaycanda altı ali məktəb akkreditasiyadan keçirilib
Cəmiyyət 12:09
Azərbaycanda altı ali məktəb akkreditasiyadan keçirilib
2027-ci ildən XI sinif üzrə buraxılış imtahanlarında yeni test modeli tətbiq ediləcək
Cəmiyyət 12:01
2027-ci ildən XI sinif üzrə buraxılış imtahanlarında yeni test modeli tətbiq ediləcək
Sentyabrın 21-də ilin ikinci Günəş tutulması baş verəcək
Cəmiyyət 11:59
Sentyabrın 21-də ilin ikinci Günəş tutulması baş verəcək
Son 8 ayda diplom tanınması ilə bağlı 491 mənfi rəy verilib
Cəmiyyət 11:32
Son 8 ayda diplom tanınması ilə bağlı 491 mənfi rəy verilib
Bakının bəzi ərazilərinə yağış yağır -FAKTİKİ HAVA
Cəmiyyət 11:13
Bakının bəzi ərazilərinə yağış yağır -FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol