Vahid Ələkbərovun oğlu ehtiyacı olan ailələrə 10 milyon rubl ayırdı
Özünütəcrid rejimi dövründə qida məhsullarına ehtiyacı olan Moskva sakinlərinə kömək üçün "LukOIL” şirkətinin prezidenti Vahid Ələkbərovun oğlu, biznesmen Yusif Ələkbərov sosial yardım şəklində 10 milyon rubl (226 194 manat) vəsait ayırıb.
Yardım ediləcək insanlar kateqoriyasına ilk növbədə məhdud hərəkət qabiliyyətli insanlar, çoxuşaqlı ailələr, yaşlılar və əlil uşaqları olan ailələr daxildir. İlkin zərurət məhsullarından hər bir ailə üçün 24 kiloqramlıq bağlamalar hazırlanıb. Beləliklə, dörd min ehtiyacı olan ailə yardım alacaq.
Artıq yardım almış ailələr Yusif Ələkbərova minnətdarlıqlarını bildiriblər.
www.anews.az